-1 C
Baku
Sunday, December 15, 2024

Forbes dünyanın ən yaxşı bankların adlarını açıqlayıb

Forbes jurnalı Statista tədqiqat şirkəti ilə birgə müxtəlif ölkələrdə ən yaxşı bankların siyahısını hazırlayıb. Tədqiqat zamanı əsas meyar kimi müştərilərin fikirləri nəzərə alınmışdır. Tədqiqatın nəticələri bazar ertəsi günü nəşriyyatın internet saytında dərc olunub.

Tədqiqatda 23 müxtəlif ölkədən 40 mindən çox insan iştirak etmişdir. Bankların qiymətləndirilməsi üçün əsas meyarlardan müştərilərin məmnuniyyəti, banklara ola etimad, təklif olunan şərtlər, müştəri xidməti, rəqəmsal xidmətlər və maliyyə sahəsindəki konsultasiyalar nəzərə alınmışdır. Araşdırmanın nəticələrinə görə, hər ölkədə 5-dən 60-a qədər aparıcı bank müəyyənləşdirilib. Bu reytinq jurnal tərəfindən ilk dəfədir  tərtib olunur.

Beynəlxalq reytinqdə ən yüksək mövqeləri Hollandiyanın maliyyə konqlomeratı olan ING Group və Amerikanın Citibank-ı tutmuşdur.

Son xəbərlər
Digər xəbərlər