19 C
Baku
Sunday, May 19, 2024

Forbes: Dünyanın 10 ən nüfuzlu xanımı

Hər il Forbes jurnalı dünyanın 10 ən nüfuzlu qadınının siyahısını dərc edir. Namizədlərin nəzərdən keçirilməsi zamanı jurnal onların maddi sərvətlərini, mətbuatda görünmə tezliyini, siyasətə və bizi əhatə edən dünyaya təsir qabiliyyətlərini əsas meyar olaraq seçmişdir. 

1. Angela Merkel həmişəki kimi liderliyini qoruyur, o Forbesin hər il dərc olunan “Dünyanın ən nüfuzlu qadınları” reytinqində artıq neçənci dəfədir ki, birinci yeri tutur.

Forbes Most Powerful Women 1

2. Dilma Rusef –Braziliyanın xanım prezidenti siyahıda ikincidir. O, 2011-ci ildən bəri bu posta sahibdir və ölkənin ilk qadın prezidentidir. Dilma Rusef qatı sosialist kimi diktaturaya qarşı kəskin mübarizə aparıb. Məhz buna görə də o, 1970-1972-ci illərdə həbsdə yatıb.

Forbes Most Powerful Women 2

3. Melinda Qeyts isə üçüncü pillədə qərar tutub. Bəli söhbət Bill Qeytsin xanımından gedir. Onlar Microsoftda işləyən zaman tanış olublar və birlikdə xeyriyyəçi fondlarını idarə edirlər.

Forbes Most Powerful Women 3

4. Mişel Obama – dördüncüdür. Ölkənin birinci xanımı kimi o, nümunəvi davranış tərzi sərgiləyir və sağlam qidalanmanın təbli ilə məşğuldur.

Forbes Most Powerful Women 4

5. Hillari Klinton –beşinci sıradadır. O, keçmiş dövlət katibidir. Hillari öz qərarı ilə hamıya başa düşməyə imkan verdi ki, onun prezident olmaq niyyəti yoxdur. Amma onun hələ də kifayət qədər tərəfdarları vardır və 2016-ci ildə onun namizədliyinin irəli sürülməsi çox ağlabatan görünür.

Forbes Most Powerful Women 5

6. Şeril Sandberq – siyahıda altıncıdır. Facebook kompaniyasının baş icraçı direktoru və onun idarə heyətində yer alan yeganə xanım iştirakçıdır.

Forbes Most Powerful Women 6

7. Kristin Laqard –yeddinci pillədədir. O, Beynəlxalq Valyuta Fondunun sərəncamçı-direktorudur, eyni zamanda o, Fransada maliyyə naziri olmuş ilk qadındır.

Forbes Most Powerful Women 7

8. Canet Nppolitano ötən illə müqayisədə bir pillə yüksəlib. O, ABŞ-ın daxili təhlükəsizlik naziri vəzifəsini icra edir.

Forbes Most Powerful Women 8

9. Sonya Qandi – nömrə doqquz. O, 1998-ci ildən bəri Hindistan milli konqresinə başçılıq edir.

Forbes Most Powerful Women 9

10. İndra Nuyi siyahını tamamlayır. O, PepsiCo -dünyada içki və qida məhsulları üzrə ikinci ən nəhəng kompaniyanın icraçı direktorudur. İndra Nuyi mütəmadi olaraq Forbesin reytinqlərində görünür.

Forbes Most Powerful Women 10

Son xəbərlər
 ⁠
Digər xəbərlər