“Tesla”nın qurucusu və “Twitter”in sahibi İlon Mask “Forbes” jurnalının dünyanın ən varlı adamları reytinqində birinci yerə yüksəlib.
Bu barədə məlumat nəşrin saytında yerləşdirilib.
Maskın sərvəti 4,2 milyard ABŞ dolları artıb və hazırda 240,7 milyard ABŞ dolları qiymətləndirilir.
“Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun prezidenti Bernard Arnault ikinci yerdə qərarlaşıb, onun sərvəti 234,6 milyard ABŞ dollarıdır.
İlk beşlikdə “Amazon” korporasiyasının qurucusu Ceff Bezos, “Oracle” korporasiyasının təsisçilərindən biri, amerikalı Larri Ellison, “Microsoft”un qurucusu Bill Qeytsin adları var .
“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq siyahıda səkkizinci yerdədir.