11 C
Baku
Wednesday, December 11, 2024

Forbes-i kimlər ala bilər?

Forbes Media nəşrini almaq üçün müxtəlif ölkələrdən bir sıra fondlar və şirkətlər namizədlik göstərirlər. Bloomberg agentliyinin verdiyi məlumatlara görə, Forbes Media-nı əldə etməyə əsas namizədlər sırasında Hindistanın Spice Global, Çinin Fosun International və Almaniyanın Axel Springer şirkətləri var.

Forbes Media icraçı direktor Stiv Forbs-un əmri ilə 2013-cü ilin noyabrından şirkətin satışına hazırlaşır. Marağın cəlb olunması üçün Forbes müqaviləyə Deutche Bank-ı cəlb etmişdi. Elə bu zaman da ilk təxmini qiymətlər meydana gəldi. Bu qiymətlər 400-500 dollar çərçivəsində idi.

Spice Global özündə telekommunikasiya seqmentini təqdim  edir. Şirkətə həmçinin səhmlərin idarəsi üzrə bir sıra fondlar daxildir və onun baş-qərargahı Sinqapurda yerləşir. Çinin Fosun International şirkətinə isə dağ-mədən və metallurgiya sənayesi, həmçinin sığorta və idarəedici şirkətlər də daxildir. Axel Springer şirkəti isə Avropanın ən böyük media şirkətlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər