İlon Mask və Ceff Bezos Forbes jurnalının dərc etdiyi 250 nəfərlik novator siyahısında ilk iki yeri tutublar. Reytinq ABŞ-nin 250 illiyi münasibətilə hazırlanıb və xüsusi materiallar seriyası çərçivəsində təqdim olunub.
Siyahıya Mask başçılıq edir. Nəşr vurğulayır ki, o, “tarixdə hər biri milyardlarla dollar dəyərində qiymətləndirilən beş şirkət təsis etmiş yeganə şəxsdir”. Bezos isə ikinci yeri tutub. O, hazırda NASA-nın Aya qayıdışı ilə bağlı “Blue Origin” layihələrində iştirak edir və “Prometheus” çərçivəsində süni intellekt əsaslı istehsal sistemlərini inkişaf etdirir.
İlk beşliyə həmçinin Bill Qeyts, Corc Lukas və Jensen Huang daxil olublar. Siyahıya “öz innovasiyalarını bazara çıxararaq bütöv sənayeləri dəyişdirən və yenilərini yaradan” biznes liderləri salınıb.
Reytinqin hazırlanmasında neyroşəbəkələrdən, o cümlədən “ChatGPT” və “Gemini” istifadə olunub.






