“Forbes” Neumann-ın sərvətinin dəyərini $4,1 mlrd-dan $600 mln-a endirib

0
Adam Neumann

Amerikanın Forbes jurnalı WeWork kovorkinq şəbəkəsinin keçmiş baş direktoru və qurucusu Adam Neumann-ın sərvətini nəzərdən keçirib. Belə ki, o, dollar milyarderi statusunu itirib və çətin ki daha onu bərpa edə bilsin.

Forbes jurnalı Neumann-ın sərvətinin dəyərini 4,1 milyard dollardan 600 milyon dollara endirib. Onun əsas kapitalı We Co-dakı payıdır. Şirkətin səhmlərinin təxminən 18%-i Neumann-a məxsusdur, Forbes bu paketi demək olar ki,  500 milyon dollar qiymətləndirir. Forbesin hesablamasına görə, WeWork şirkətinin ümumi dəyəri 2,8 milyard dollardan çoxdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Milyarder statusunu şirkətin ikinci qurucusu Miguel McKelvey də itirib. Onun sərvətinin dəyərini Forbes jurnalı 2,9 milyard dollardan 400 milyon dollara endirib. WeWork şirkətinin nümayəndələri şirkətin maddi durumu barədə Forbes-ə rəy verməkdən imtina ediblər.

Həmtəsisçilərin sərvətinin dəyərindəki azalma şirkətin uğursuz birja-sının nəticəsidir, Forbes izah edir. IPO-ya hazırlıq müddətində şirkətin dəyəri 2019-cu ilin yanvarında 47 milyard dollardan sentyabrda 10-12 milyard dollara kimi azalır. Nəticədə şirkət, IPO-nu qeyri-müəyyən müddətə təxirə salır, Neumann isə direktorlar şurasının təzyiqi ilə baş direktor postunu tərk edir.

©Bizplus.az