4 C
Baku
Sunday, December 4, 2022

“Forbes” ölümdən sonra ən çox qazanan məşhurların reytinqini açıqlayıb

“Forbes USA” jurnalı ölümdən sonra da qazanmağa davam edən ən yüksək gəlirli məşhurların illik reytinqini açıqlayıb. Bildirilir ki, siyahıya 13 aktyor, musiqiçi, idmançı, yazıçı və digər mədəniyyət xadimləri daxildir.

Ümumilikdə, reytinqin 13 iştirakçısı 1.6 milyard dollar qazanıblar – bu, ötən ilki reytinqlə müqayisədə 72% çoxdur, Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Bildirilir ki, reytinqin lideri 1973-cü ildə vəfat edən yazıçı və şair Con R. R, Tolkin olub. O, “Hobbit” və “Üzüklərin hökmdarı” kimi tanınmış əsərləri yazıb. Keçən il reytinqin lideri “Çarli və şokolad fabriki” əsərinin müəllifi yazıçı Roald Dal seçilib.

2022-ci ildə öləndən sonra dünyanın ən çox qazanan məşhurların ilk beşliyinə basketbolçu Kobi Brayant (400 milyon dollar), müğənni Devid Broui (250 milyon dollar), musiqiçi Elvis Presli (110 milyon dollar) və ifaçı Ceyms Braun (100 milyon dollar) daxil olub.

Reytinq tərtib edildikdə “Forbes USA” “Luminate”, “IMDbPro”, “NPD BookScan” və sahə insayderlərinin məlumatlarını toplayıb. Reytinqdə 1 noyabr 20221-ci ildən 30 oktyabr 2022-ci ilədək olan gəlirlər nəzərə alınıb.

Son xəbərlər
Digər xəbərlər
X