14 C
Baku
Sunday, November 24, 2024

Forbes qiyməti şişirdilmiş aktyorları elan etdi

Amerikalı aktyor Adam Sendler qiyməti ən çox şişirdilmiş aktyor elan edildi. Forbesin verdiyi məlumata görə, son üç filmdə iştirakına görə Sendlerə ödənilən hər bir dollar film yaradıcılarına cəmi 3,4 dollar qazandırmışdır. Son zamanlar Sendlerin ən uğursuz filmləri olaraq “Belə fərqli əkizlər” (2011) və “That’s My Boy” (2012) filmləri seçilmişdir. Birinci film ona çəkilən xərclərin heç iki qatını qazandıra bilməmişdi. Filmə çəkilən 80 milyon dolların fonunda filmin kirayəsindən cəmi 150 milyon dollar toplanmışdı. İkinci filmə isə 70 milyon xərc çəkilsə də, 57 milyon dollar qazandıra bilmişdi. Adam Sendlerdən başqa reytinqdə ikinci pillədə Katherine Heigl, üçüncü pillədə isə Reese Witherspoon yer almışlar.

Bundan başqa Forbes reytinqinə Nicolas Cage, Kevin James, Denzel Washington, Steve Carell, Jennifer Aniston, Matt Damon və Ryan Reyndolds da daxildir.

Son xəbərlər
Digər xəbərlər