5 C
Baku
Thursday, November 7, 2024

Forbes Reytinqi: Apple dünyanın ən bahalı brendi seçildi

ABŞ-ın məşhur Forbes jurnalı dünyanın ən bahalı 100 brendinin reytinqini tərtib edib. Həmin reytinqə Google,MicrosoftFacebook və Amazon şirkətləri də daxil olublar. Lakin artıq 8-ci ildir ki, sözügedən reytinqin birinci yerində məhz Apple şirkəti qərarlaşır. Beləliklə Forbes jurnalı Apple brendini 182.8 milyard dollar dəyərində qiymətləndirib. Yəni şirkətin qiyməti keçən ilki göstərici ilə müqayisədə 8% artıb.

İkinci yeri artıq 3-cü ildir ki, Google şirkəti tutur. Bu dəfə jurnal Google şirkətini 132.1 milyard dollar dəyərində qiymətləndirib. Yəni onun qiyməti 1 il ərzində 30% artıb. Reytinqin ilk üçlüyünü isə Microsoft şirkəti bağlayıb. Onu 104.9 milyard dollar dəyərində qiymətləndiriblər. Yəni onun qiyməti 1 il ərzində 21% yüksəlib. Forbes-un fikrincə dünyanın ən bahalı brendlərinin ilk Top-10 siyahısı ilə aşağıdan tanış ola bilərsiniz.

  1. Apple şirkəti – 182.2 milyard dollar (illik 8% artım)
  2. Google şirkəti – 132.1 milyard dollar (illik 30% artım)
  3. Microsoft şirkəti – 104.9 milyard dollar (illik 21% artım)
  4. Facebook şirkəti – 94.8 milyard dollar (illik 29% artım)
  5. Amazon şirkəti – 70.9 milyard dollar (illik 31% artım)
  6. Coca-Cola şirkəti – 57.3 milyard dollar (illik 2% artım)
  7. Samsung şirkəti – 47.6 milyard dollar (illik 25% artım)
  8. Disney şirkəti – 47.5 milyard dollar (illik 8% artım)
  9. Toyota şirkəti – 44.7 milyard dollar (illik 9% artım)
  10. AT&Tşirkəti – 41.9 milyard dollar (illik 14% artım).

Dünyanın 100 bahalı brendinin ümumi dəyəri 1 il ərzində 10% artaraq 2.15 trilyon dollar təşkil edib. Həmin reytinqdə 100-cü yeri KFC tutub. Jurnal onu 7.4 milyard dollar dəyərində qiymətləndirib

Son xəbərlər
Digər xəbərlər