Artıq ikinci ildir ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina dünyanın ən nüfuzlu 100 qadını reytinqində Rusiyanın yeganə təmsilçisi olaraq qalır. O, bu siyahıda 53-cü pillədədir. Xatırladaq ki, 2018-ci ildə Rusiya Mərkəzi Bankının rəhbəri 49-cu yer almışdır. Qeyd edildiyi kimi, reytinqin lideri Almaniya kansleri Angela Merkeldir
İlk üçlüyə Avropa Mərkəzi Bankının rəhbəri Kristin Lagard və ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi daxil olub.