23 C
Baku
Friday, April 26, 2024

“Forbes” Rusiyanın ən varlı qadınlarının siyahısını açıqlayıb

“Forbes” Rusiyanın ən varlı qadınlarının adlarını dərc edib, siyahıda ilk yeri yenidən Yelena Baturina tutub.

Nəşr Moskva şəhərinin sabiq meri Yuri Lujkovun həyat yoldaşının varidatını 1,2 milyard dollar həcminə qiymətləndirib. Rusiyanın paytaxtında fəaliyyət göstərən ən iri developer kompaniyalarından birinin sahibi Yelena Baturina artıq yeddi ildir ki, reytinqə başçılıq edir.

Siyahıda ikinci yeri Rusiyanın ən iri internet-mağazası “Wildberries”in qurucusu Tatyana Bakalçuk tutub (1 milyard dollara yaxın). Reytinqə ilk dəfə daxil olan “Rossiya” bankının auksioneri Yuri Kovalçukun həyat yoldaşı Tatyana Kovalçuk birbaşa 3-cü pillədə qərarlaşıb (600 milyon dollar).

Rusiyanın ən varlı beş qadını sırasında, həmçinin milyarder Dimitri Rıbolovlevin həyat yoldaşı Yelena (600 milyon dollara yaxın) və “Proqress” kompaniyasının səhmdarı Olqa Belyavtseva (550 milyon dollar) yer alırlar.

Jurnalın hesablamalarına görə, reytinq iştirakçılarının ümumi varidatı rekord göstəriciyə – 9,9 milyard dollara çatıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər