“Forbes” səhiyyə sektorunda 50 yeni milyarderin ortaya çıxdığını açıqladı

2020-ci il koronavirus pandemiyası fonunda səhiyyə sektorunda 50 yeni milyarder ortaya çıxıb.

Banker.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Onların sərvəti peyvənd istehsal edən və ya tibbi avadanlıq tədarük edən şirkətlərin səhmlərinin dəyərinin artması səbəbindən yüksəlmişdir. Qeyd edək ki, yeni milyarderlərin əksəriyyəti Çində yaşayır.

– Uğur Şahin (4.2 milyard dollar) – Almaniyanın “Pfizer” şirkətinin əməkdaşlığı ilə koronavirusa qarşı peyvənd istehsal edən “BioNTech”in baş direktoru;

– Stefan Bansel (4.1 milyard dollar) – koronavirusa qarşı peyvənd istehsal edən “Moderna” şirkətinin rəhbəri;

– Yuan Lipin (4.1 milyard dollar) – “Shenzhen Kangtai Biological Product” şirkətinin (Çinin ən qabaqcıl peyvənd istehsalçılarından biri) sədri Du Veyminin keçmiş həyat yoldaşı, şirkətdə 24% paya sahibdir;

– Hu Kun (3.9 milyard dollar) – Çinin “Contec Medical Systems” şirkətinin (tibbi avadanlıq istehsalçısı) rəhbəri və sahibi;

– Karl Hansen (2.9 milyard dollar) – süni zəka və maşın öyrənmə texnologiyalarından istifadə edərək müxtəlif xəstəliklərin müalicəsini araşdıran Kanadanın “AbCellera” şirkətinin rəhbəri;

– “Moderna”nın həmtəsiçisi və 3,5%-nin sahibi Timoti Sprinqer (2 milyard dollar), bir sıra digər biotexnika şirkətlərinə investisiya qoyur;

– Sergio Stevanto (1.8 milyard dollar) – dünyanın ikinci ən böyük şüşə qablar istehsalçısı “Stevanato Group” italyan şirkətinin rəhbəri.

“Forbes” vurğulayır ki, 2020-ci ilin sonunda dünyadakı 2.2 mindən çox milyarder 1.9 trilyon dollar zənginləşib. Onların ümumi sərvəti təxminən 11.4 trilyon dollar təşkil edir ki, bu da 2019-cu il 31 dekabr göstəriciləri ilə müqayisədə 20% çoxdur. Milyardlarla dollar sahiblərinin sərvətlərinin artması əsasən səhmlərin bahalaşması ilə bağlıdır.

Ən çox “SpaceX” və “Tesla” şirkətinin qurucusu İlon Mask zənginləşib – onun sərvəti 110 milyard dollar artaraq 137 milyard dollara çatıb. Dünyanın ən zəngin adamı Ceff Bezos kapitalını 67.5 milyard dollar artıraraq 182 milyard dollara çatdırıb.

Son xəbərlər
Digər xəbərlər