“Forbes” son on ilin ən zəngin musiqiçilərinin reytinqini dərc edib.
Reytinqdə 1-ci yeri amerikalı repçi və prodüser Dr. Dre (Andre Romel Yanq) tutub.
Onun varidatı 950 milyon dollar məbləğində dəyərləndirilir. Repçi son albomunu hələ 2015-ci ildə buraxsa da, 2014-cü ildə “Apple”ın satın aldığı “Beats Electronics” səsyazma cihazlar istehsalçısı şirkətinin həmtəsisçisi və səhmlərinin 20%-nin sahibidir.
İkinci yerdə 825 milyon dollarlıq varidatın sahibi amerikalı pop ifaçısı Teylor Suift, 3-cü yerdə əmlakı 685 milyon dollar olan amerikalı müğənni Beyons qərarlaşıb.
©Report