14 C
Baku
Sunday, November 23, 2025

“Forbes”: Trampın sərvəti 1,1 milyard dollar azalıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabrından bu yana 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara çatıb.

Bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, itkilər sentyabrda 17 dollar civarında satılan “Trump Media & Technology Group”un səhmlərinin qiymətinin azalması ilə bağlıdır. Hazırda şirkətin bir səhmini 10,30 dollara almaq olar.

Amerika lideri Forbesin milyarderlər siyahısında 595-ci yerdədir. Sentyabrın əvvəlində jurnal Trampın sərvətinin 7,3 milyard dollara çatdığını və onu dünyanın ən varlı adamları siyahısında 201-ci yeri tutduğunu bildirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər