ABŞ-ın keçmiş prezidenti Donald Trampın sərvəti ötən bir ildə 2,4 milyard dollardan 3 milyard dollara, yəni 25% artıb.
Bu barədə “Forbes”ə istinadən xəbər verir.
Qeyd olunub ki, texnologiya sektorunda sahibkarlıq Trampın aktivlərinin artmasına az da olsa töhfə verib. “Forbes”in hesablamalarına görə, bu, ona kapitalını 430 milyon dollar artırmağa imkan verib.
Bununla bağlı eks-prezidentin 2021-ci ilin oktyabrında yaradıldığını elan etdiyi “TRUTH” sosial şəbəkəsindən bəhs edilir. Tətbiqi bu ilin fevralında yükləmək mümkün olub və hazırda Trampın orada 835 000 izləyicisi var ki, bu da onun tviterdəki izləyicilərinin sayından 1%-dən azdır.
2016-cı ildə “Forbes” Trampın sərvətini 3,7 milyard dollar, 2017-ci ildə 3,1 milyard dollar, 2020-ci ilin oktyabrında isə 2,5 milyard dollar qiymətləndirib.