18 C
Baku
Thursday, April 25, 2024

“Forbes” Türkiyənin ən varlı adamlarının siyahısını açıqladı

“Forbes Türkiye” jurnalı 14 ildir hazırladığı “Ən varlı 100 türk” siyahısını bu il də açıqlayıb.

 Siyahının ilk sırasında 3,8 milyard dollar sərvəti ilə “Rönesans Holding” sədri Erman Ilıcak gəlir.

Son 5 ilin ən varlı adamı isə “Yıldız Holding” və “Godiva” idarə heyətinin sədri Murad Ülkərin isə 3,7 milyard dollar sərvəti var. O, siyahıda ikinci yerdədir.

Üçüncü yerdə isə 2,1 milyard dollar ilə “Fiba Holding”in idarə heyətinin sədri Hüsnü Özyeğin və biotexnologiya şirkəti Samumedin təsisçisi Osman Kibar gəlir.

“Forbes 100”ün siyahısına daxil olanların ümumi sərvəti 99,9 milyard dollar təşkil edib.

Türkiyədə keçən il 40-a çatan milyarder sayı 11 nəfər azalaraq 29-a düşüb. Siyahıda yer alan dollar milyarderləri gələn həftə açıqlanacaq “Forbes Amerika” jurnalının siyahısında yer alacaqlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər