25 C
Baku
Saturday, July 27, 2024

Forbes: uğurun 6 şərti

Forbesin versiyasına əsasə uğurun 6 şərti bunlardır: (biznesdə və gündəlik həyatda uğurla sınaqdan keçirilmiş)

1. Düzgün prioritetləri müəyyən etmək

Prioritet anlayışı altında öz həyat məqsədlərinin rasional-məntiqi şəkildə sıralanması başa düşülür. Bu punkt –sizin həyatda bütün edəcəkləriniz üçün başlanğıc, istinad nöqtəsidir.

2. Resursları ağılla istifadə etmək

Burda isə söhbət ondan gedir ki, biz hər-hansı bir məqsədə nail olmaq üçün istifadə edəcəyimiz resurslar haqqında tam aydın təsəvvürə malik olmalı, onların maksimal dərəcədə səmərəli istifadəsi üçün çalışmalıyıq. Resurslar maksimal şəkildə bizə geri qayıtmalıdır. Biz artıq bilirik ki, söhbət təkcə maddi resurslardan getmir, bura həm də vaxt daxildir və düzünə qalsa ən qiymətli resurs elə vaxtdır.

3. Diqqətinizi cəmləyin

Toparlanmaq- diqqətini bir yerdə cəmləmək öz prioritetlərinə və hədəflərinə sadiq olmaq anlamına gəlir. Siz diqqətini fondakı səs-küyə deyil, məhz ötürülən informasiyanın özünə göndərməlisiniz. Bu həm də məqsədlərə nail olmaq üçün düzgün addımlar atmaq deməkdir. Əhəmiyyətli olan –yalnız budur.

4. Düzgün münasibətlərin qurulması

İstənilən, hətta balaca bir hədəfə çatmaq , sizdən mənəvi və psixoloji dözümlülük tələb edir. Bu isə o deməkdir ki, şəxsi uğura nail olmaq üçün bəzən əməkdaşlıq münasibətləri, dost dəstəyi  və həmkarların köməyi olduqca zəruridir, bu sizə sizinlə və sizin şəxsi hədəfiniz arasında dayanan maneələri aradan qaldırmağa yardım edəcək.

5. Tamahkarlıq – pisdir

Hər bir insan bu və ya digər dərəcədə eqoist-yəni xudbindir və özündə olan bu tamahkarlıq hissinin öhdəsindən gəlmək üçün çoxlu əmək sərf etmək lazım gəlir.

6. Uğurunuz baş gicəlləndirməli deyil

Öz nailiyyətlərinə həddindən çox güvənən və arxayın olan uğurlu insanlar bilməlidir ki, onlar heç də əllərini bütün dünyanın qabağına verib, onların irəli getməsinə əngəl ola bilməz, əgər çalışmaqda davam etməsələr əlbəttə ki onları da qabaqlayan olacaq.

Son xəbərlər
Digər xəbərlər