5 C
Baku
Saturday, December 14, 2024

“Forbes”: Vahid Ələkbərov dividend gəlirlərinə görə ən varlı rusiyalıların siyahısında birincidir

“Forbes” 2023-cü il üçün alınan dividendlər əsasında 50 ən zəngin rusiyalının ikinci illik reytinqini dərc edib.

Siyahıya Azərbaycan əsilli rusiyalı iş adamı, “LUKOYL” şirkətinin təsisçisi və eks-prezidenti, “Gələcəyimiz” Fondunun İctimai Şurasının sədri Vahid Ələkbərov rəhbərlik edir və onun dividend gəliri 177.4 milyard rubl dəyərində qiymətləndirilib.

Forbes xatırladıb ki, “Lukoyl” həm 2022, həm də 2023-cü illərdə dividend ödəyən bir neçə ən böyük Rusiya şirkətlərindən biri olub.

Reytinqdə ikinci yeri “Novatek” qaz şirkətinin səhmdarı Leonid Mixelson tutub, onun dividend gəliri 105 milyard rubl təşkil edib.

Üçüncü lider kimya istehsalçısı “Sibur Holdinq”in səhmdarı Qennadiy Timçenkodur. Kontinental Xokkey Liqasının direktorlar şurası sədrinin dividend gəliri 84.6 milyard rubl olaraq qiymətləndirilir.

Dördüncü və beşinci yerləri “USM” və “Pharmstandard”ın təsisçiləri Əlişir Usmanov və Viktor Xaritonin tutur. Onlar müvafiq olaraq 79.9 milyard rubl və 77.6 milyard rubl məbləğində dividend gəliri əldə ediblər.

İlk 10-luğa Leonid Fedun (57.1 milyard rubl), Aleksey Tayçer (51.5 milyard rubl), Andrey Skoç və ailəsi (48.9 milyard rubl), Andrey Quryev və ailəsi (45.8 milyard rubl), həmçinin Vladislav Sviblov (36.2 milyard rubl) daxil olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər