Moskvanın arbirtaj məhkəməsi fərdi sahibkar Aleksandr Fedotovu müflis elan edib.
RBK nəşri yazır ki, o 2018-ci ilin avqustuna qədər “Forbes” Rusiyanın strukturlarını idarə edib.
Biznesmen arbitraj məhkəməsinə iflası ilə bağlı ərzinəni 2019-cu ilin martında verib. Buna səbəb “Silosso Co Ltd”-yə olan borcların ödənilməməsi ilə bağlıdır. Borcun məbləği 381 milyon rubldur. Aleksandr Fedotovun ümumi borcunun məbləği 600 milyon rubldur. Bu haqda isə Fedotovun nümayəndəsi məhkəmədə deyib.
“Hər halda Fedotovun o borcları çıxılacaq ki, onları qaytarmaq mümkün deyil”, – deyə “Rustam Kurmayev və partnyorlar” firmasının “iflas və müflislik” istiqamətinin rəhbəri Oleq Permyakov deyib. Onun sözlərinə görə, kreditorların borclarını ödəmək şansları inventar və mal satıldıqdan sonra aydın olacaq.
“Müflisliyin olub-olmamasından əmin olmaq lazımdır. Bu isə borc üzrə əməliyyatların analizindən sonra məlum olacaq”, – deyə “Sotbi” hüquq şirkətinin partnyoru Anton Krasnikov deyib. İndi biznesmen ilə iki kreditor mühakimə olunur. Sergey Popravka (borcun ölçüsü 170 milyon rubl), Valeriy Şindyapin (150 milyon rubl)
©Facemark