18 C
Baku
Wednesday, September 24, 2025

“Ford” 120 minə yaxın avtomobilini geri çağırır

Amerikanın iri avtokonserni olan “Ford” Amerika Birləşmiş Ştatlarında 115,5 min avtomobili geri çağıracaq.

Geri çağırılmaya səbəb sükan sistemində ortaya çıxan nasazlıqdır.

Bu qərar 2020 və 2021-ci illərdə istehsal olunmuş “F-250”, “F-350” və “F-450” modellərinə şamil olunacaq. Tənzimləyicinin bildirdiyinə görə, aşkarlanan nasazlıq hərəkət zamanı sükanın yuxarı valının yerindən çıxmasına və nəticədə nəqliyyat vasitəsində idarəetmənin itirilməsinə səbəb ola bilər.

“Ford” geri çağırılan avtomobillər üçün pulsuz təmir və nasaz avadanlığın təmənnasız olaraq dəyişdirilməsini həyata keçirəcək.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər