9 C
Baku
Tuesday, December 16, 2025

“Ford” $20 milyard zərər fonunda elektromobil istehsalı strategiyasını yenidən nəzərdən keçirir

Amerikalı avtomobil istehsalçısı “Ford” elektromobil biznesi ilə bağlı 19,5 milyard dollar məbləğində zərər fonunda F-150 pikapının elektrik versiyasının istehsalından imtina edib. “The Wall Street Journal”ın məlumatına görə, elektrikli F-150 ilə yanaşı, daha bir elektrikli yük avtomobilinin və elektriklə işləyən kommersiya furqonlarının istehsalı da dayandırılacaq.

Nəşr həmçinin qeyd edir ki, bu məbləğ “Ford” tarixində aktivlərin silinməsi baxımından ən iri göstəricilərdən biridir. Elektromobillərin bəzi modellərinə tələbin aşağı olması səbəbindən avtomobil istehsalçısının zərəri 13 milyard dollar təşkil edib. Daha 6,5 milyard dollar isə “Ford”un “SK Group” ilə birgə investisiya qoyduğu Kentukki ştatındakı akkumulyator istehsalı zavodunun bağlanması ilə əlaqədardır.

“Ford” benzin mühərrikli avtomobillər xəttini gücləndirməyi və tədricən hibrid modellərin istehsalına keçməyi planlaşdırır. Bununla yanaşı, şirkət elektromobillərdən tamamilə imtina etmək niyyətində deyil və 2027-ci ilə qədər təxminən 30 min dollar dəyərində yeni elektrikli pikap buraxmaq planlarını saxlayır.

Son xəbərlər
Digər xəbərlər