“Ford” avtomobil şirkəti 2025-ci ilədək elektrikli avtomobil istehsalına yatırımı 30 milyard dollara qədər artıracaq. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bildirildiyi kimi, elektrikli nəqliyyat vasitələri və batareyaların inkişafı strategiyası “Ford+” adını alıb.
Avtomobil istehsalçısının proqnozuna görə, 2030-cu ilədək qlobal nəqliyyat vasitələrinin satışının 40%-i elektrikli avtomobillərin payına düşəcək. 2021-ci ilin birinci rübündə “Ford” ABŞ-da 6614 “Mustang Mach-Es” satıb. Keçən həftə isə şirkət yeni “F-150” modelini təqdim edib və artıq 70 mindən çox sifariş alıb.
Tarixən Çin, Yaponiya və Koreya dünyanın akkumulyator istehsalı sahəsində böyük paya sahib olublar. Lakin avtomobil istehsalçıları elektrikli avtomobillər buraxmağa başlayırlar və bu, tələbin təklifi üstələdiyinə gətirib çıxarır.
“General Motors” və “LG” ABŞ-ın Ohayo ştatında akkumulyator istehsalına başlayacaq. “BMW” və “Ford” isə yeni “Solid Power” startapını işə salacaq.