21 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Ford” 2030-cu ildə yalnız elektrik avtomobillərin satışına başlayacaq

Screen Shot 2021 09 02 at 14.34.20

“Ford” şirkəti 2030-cu ildə Avropada yalnız elektrik avtomobillərin satışına başlayacağını söz verib.

Bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, avtomobil istehsalçı benzin mühərrikli maşınlardan imtina edəcək. Şirkət hazırda Almaniyada yeni zavodun tikintisinə bir milyard ABŞ dolları sərmayə qoyur. Həmin zavodda elektromobillərin istehsalı başlayacaq. Birinci partiya 2023-cü ildə istifadəyə veriləcək.

“Ford” həmçinin Avropadakı bütün minik avtomobillərinin 2026-cı ilin ortalarına qədər tamamilə elektrikli və ya hibrid nəqliyyat vasitələri kimi istehsal edəcəyini planlaşdırır.

“Bu bizim elektrik avtomobillərin artımının əsasını təşkil etdiyi strategiyamızın Avropaya və gələcəyə sadiqliyini vurğulayır”, – “Ford”un Avropa bölməsinin rəhbəri Stüart Rouli bildirib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər