10 C
Baku
Thursday, December 12, 2024

“Ford” 300 mindən çox avtomobili geri çağırıb

“Ford” şirkəti Şimali Amerikada 337 min avtomobili geri çağırıb.

Qərar ön oturacaqların çərçivələrinin iti uclara malik olması ilə əlaqədardır.

Belə ki, bu, sürücünün və sərnişin xəsarət alması ilə nəticələnə bilər. Bu günədək 30-a yaxın bu cür halın qeydə alındığı deyilir. Geri çağırılma 2017-ci ilin “Explorer” modellərinə şamil olunur.

Qərara əsasən 311 min avtomobil ABŞ-da, 23 min avtomobil Kanadada və 3 min avtomobil Meksikada geri çağırılıb.

©Trend

Son xəbərlər
Digər xəbərlər