11 C
Baku
Tuesday, December 9, 2025

“Ford” Avropada daha ucuz elektromobillərin istehsalı üçün “Renault” ilə birləşir

Əməkdaşlıq çərçivəsində şirkətlər Fransadakı “Renault” zavodlarında elektrik avtomobillərin birgə istehsalını planlaşdırırlar, “Reuters” yazır. Bundan əlavə, “Ford” və “Renault” kommersiya tipli elektrik avtomobilləri də birlikdə buraxacaqlar.

Bu addım şirkətlərə Avropada mövqelərini gücləndirən Çin avtomobil istehsalçıları ilə rəqabət aparmağa kömək etməlidir. “Ford” və “Renault”un ilk birgə elektrik avtomobilinin istehsalı 2028-ci ilə planlaşdırılıb.

“Bloomberg” qeyd edir ki, “Ford”un Avropada “Renault”un istehsal güclərindən istifadə etməsi şirkətin Avropadakı öz istehsalının daha da azalması demək ola bilər. Şirkətin Almaniyadakı zavodlarından biri artıq işi dayandırıb, digərində isə “yüzlərlə” işçi ixtisar ediləcək və iki istehsal xəttindən birinə keçid baş verəcək.

Son xəbərlər
Digər xəbərlər