ABŞ-n avtomobil istehsalçısı “Ford” Vaşinqton və Pekin arasında gedən ticarət müharibəsi səbəbilə bəzi modellərinin Çinə tədarükünü müvəqqəti olaraq dayandırıb.
Bu haqda “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.
Məlumata görə “Ford” bu həftə “F-150 Raptor” pikapları, “Mustang” idman kupeləri və “Bronco” yolsuzluq avtomobillərinin tədarükünü dayandırıb. “Ford”a məxsus “Lincoln’s Navigator” modelinin Çinə tədarükü də dayandırılıb.
Ümumilikdə şirkət keçən il Çinə yuxarıda adı çəkilən modellərdən təxminən 5500 avtomobil göndərib.