“Ford” yaxın 5 il ərzində elektrikli avtomobillərə 20 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Banker.az xəbər verir ki, şirkət sənayedə baş verən dəyişikliklərdən kənarda qalmamağa çalışaraq, bu istiqaməti daha sürətlə inkişaf etdirməyə qərar verib.
Vurğulanır ki, “Ford”un elektrik avtomobillərin inkişafı istiqamətinə əvvəllər “Apple” və “Tesla” şirkətlərində çalışan Daq Fild rəhbərlik edəcək. Baş direktor Cim Farlinin sözlərinə görə, avtomobil istehsalçısı digər oyunçularla rəqabət aparmaq üçün “Ford F 150 Lightning” və “Mustang Mach-E” elektrik pikaplarının istehsalını iki dəfə artırmaq niyyətindədir.
Eyni zamanda “Ford” “General Motors”un yolunu davam etdirərək, elektromobil istiqamətini inkişaf etdirmək üçün yeni işçilər götürəcək və ştatını əhəmiyyətli dərəcədə genişləndirəcək.