“Ford” ABŞ-ın Miçiqan ştatında keçirilən sərgidə elektromobillərin bir-birindən enerjiyükləmə texnologiyasını təqdim edib.
Banker.az xəbər verir ki, şirkətin verdiyi məlumata görə, yeni “F-150” pikaplarında 40V Ford Pro Power rozetkası, bort generatoru və fövqəladə yükləmə üçün yüksək tutumlu akkumulyator olacaq.
Sistem istənilən digər elektrikli avtomobili enerji ilə doldura biləcək, bunun üçün xüsusi adapter almaq lazım olacaq. Bununla yanaşı, pikap “ev elektrikinin idarə edilməsi və şəbəkə balansı” üçün istifadə ediləcək.