Amerikanın “Ford” şirkəti 2014-cü ildə ölümlə nəticələnən qəzaya görə 1.7 milyard dollar cərimə ödəməyə məcbur edilib. “The Wall Street Journal” xəbər verir ki, bu qərarı Corciya ştatının Lourensvill məhkəməsi verib. İddianı fermadan qayıdarkən “Ford F-250 Super Duty” pikapının təkərinin partlaması nəticəsində avtomobil qəzasında həlak olan Melvin və Vonsail Hillin uşaqları qaldırıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Hadisə ABŞ-ın Corciya ştatında baş verib. Yolda avtomobilin təkəri partlayıb və maşın aşıb. Ekspertiza müəyyən edib ki, ər-arvad yerindəcə dünyasını dəyişib. İddiaçıların sözlərinə görə, “Ford” avtomobillərinin problemi olmasından xəbərdar olub, lakin bunu alıcılara açıqlamayıb. Həmçinin, konsern 2016-cı ilə qədər digər oxşar maşınlarda olan çatışmazlıqları aradan qaldırmağa çalışmayıb.
Beləliklə, istehsalçı hər avtomobil üçün 327 min dollar cərimə ödəyəcək. Məhkəmənin yekun hökmündən bir gün əvvəl münsiflər heyəti həmçinin avtomobil istehsalçısına qurbanların ailəsinə 24 milyon dollar təzminat ödəməyi tapşırıb.