8 C
Baku
Friday, March 29, 2024

Ford “qaynar” Puma ST krossoverini təqdim edib – Fotolar

Ford şirkəti Avropada satılacaq Ford Puma ST krossoverini təqdim edib. “Qaynar” krossover 200 at qüvvəli turbomühərrikə və tərkibinə aerodinamik kuzov dəsti, Recaro oturacaqları, yenidən tənzimlənmiş şassi və opsional lonç-kontrol daxil olan “idman” atributlarına sahib olub.

Ford Puma ST krossoveri standart Puma modelindən başqa bamperləri, buraxılış sisteminin bir çıxış borusunun əvəzinə cütlənmiş iki boru, damdakı qara spoyleri, Michelin Pilot Sport 4S şinləri otaxılmış 19-düymlük diskləri və xüsusi açıq yaşıl Furious Green Metallic rəngi ilə fərqlənir. Texniki dəyişikliklərə daha sərt asqı, özü kilidlənən differensial, 17% böyüdülmüş əyləc diskləri (öndə 325, arxada isə 271 millimetrlik) və yenidən tənzimlənən sükan idarəetməsi daxildir.

Puma ST modelinin hərəkət elektronikası dörd hərəkət rejiminə malikdir: Normal, Eco, Sport və Track. Sonuncu rejimdə dartmaya nəzarət sistemi söndürülür və ESP sisteminin fəaliyyəti məhdudlaşdırılır.

“Qaynar” krossover in təchiz edildiyi1,5-litrlik EcoBoost turbomühərriki 200 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edir. Mühərrik altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Dinamika baxımından “qaynar” krossoveri Fiesta ST hetçbeki ilə müqayisə etmək olar: hər iki model yerindən 100 km/saat həddinə sürətlənməyə 6,7 saniyə sərf edir, krossoverin maksimal sürəti isə bir qədər azdır: 220 km/saat (- 12 km/saat).

Ford Puma ST modelinin təchizatına 12,3-düymlük rəqəmsal cihazlar paneli, səkkiz düymlük sensorlu ekranlı və Android Auto və Apple CarPlay dəstəyi olan Sync 3 multimediya sistemi, adaptiv kruiz-kontrol, B&O səs sistemi, smartfonların simsiz doldurulması sistemi və bir sıra elektron köməkçilər daxildir.

Avropadakı dilerlər artıq “qaynar” krossoverə sifarişləri qəbul edirlər. Böyük Britaniyada Puma ST modelinin qiyməti 28.500 funt sterlinqdən başlayır.

Ford “qaynar” Puma Ford “qaynar” Puma2 Ford “qaynar” Puma3 Ford “qaynar” Puma4 Ford “qaynar” Puma5

Son xəbərlər
Digər xəbərlər