6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

“Ford”un bazar dəyəri ilk dəfə 100 mlrd. dolları keçib

“Ford” avtomobil şirkətinin bazar dəyəri ilk dəfə olaraq 100 milyard dolları keçib. O, “Tesla”, “Toyota” və “Volkswagen”dən sonra dördüncü olub.

Banker.az xəbər verir ki, məlumata görə, dünən Bakı vaxtı ilə saat 23:20-də “Ford” səhmlərinin qiyməti 25.38 dollara olub ki, bu da son 20 ilin maksimumudur. Mütəxəssislərin fikrincə, qiymət artımı “Ford”un elektrikli avtomobillərin istehsalını artırmaq planları ilə bağlıdır.

Bazar dəyərinə görə avtomobil şirkətləri arasında birinci sırada “Tesla” (1 trilyon dollar), ikinci yerdə “Toyota” (346 milyard dollar), üçüncü yerdə isə “Volkswagen” (121 milyard dollar) dayanır.

Son xəbərlər
Oxşar xəbərlər