9 C
Baku
Monday, December 23, 2024

Foreks bazarında brokeri necə seçmək olar?

Foreks beynəlxalq valyuta bazarı daima inkişaf edir. Yeni imkanlar, qabaqcıl texnologiyalar və spekulyasiyalarda iştirak etmək istəyi çoxsaylı yeni başlayan investorları özünə cəlb edir. Onlar internetdə hara pul yatırmaq imkanları axtarır və ciblərində olan bir neçə yüz dollar ilə risk etməyə hazırdırlar.

Başa düşmək vacibdir ki, valyuta ticarəti olduqca tikanlı və gözlənilməzliklərlə dolu bir yoldur və bazarda işlə bağlı xüsusi biliklərə və səriştəyə sahib olmadan o, mütləq şəkildə dəhşətli uğursuzluğa məhkumdur. Treyderin uğuruna daha çox onun situasiyanı analiz etmə qabiliyyəti və savadlı şəkildə strategiya formalaşdırmaq qabiliyyəti təsir göstərir, nəinki indiyə qədə əldə etmiş olduğu biliklər.

İstifadə olunan pul alətləri, ticarət strategiyaları, foreks-məsləhətçiləri və xüsusi proqram təminatları heç də az əhəmiyyət daşıyan faktorlardan deyil. Bazara çıxmazdan öncə vacib olan sonuncu ən əhəmiyyətli addım –brokerin seçimidir. Bütün gələcək fəaliyyətiniz məhz bu seçimdən asılıdır, buna görə də dürüst (vicdanlı) və etibarlı broker kompaniyasını seçmək lazımdır.

Başlanğıc üçün sizi maraqlandıran broker xidmətləri spektrini müəyyən etmək lazımdır. Yeni başlayan möhtəkirlər (spekulyantlar) üçün bazarda əməliyyat həyata keçirərək, öz gücünü sınağa çəkmək və ilkin təcrübənin əldə edilməsi üçün minimal depozitin açılması imkanın mövcudluğu böyük əhəmiyyət kəsb edir. Daha sonra isə əmrlərin (orderlərin) yerinə yetirilmə sürətinə diqqət yetirin. Axı əksər hallarda maliyyə bazarında situasiya cəmi bir neçə dəqiqə ərzində dəyişir.

Əldə edilən mənfəətin həcmi bir başa olaraq leverage-dən (kredit çiynindən) asılı olur (adətən 1:10-dan 1:500-ə qədər). Leverage nə qədər böyük olarsa, ticarət bir o qədər risklidir. Yeni başlayan treyderdə leverage (kredit çiyni) 1:50 nisbətini keçməli deyil. Daha bir vacib nüans isə spreddir, o böyük, kiçik, üzən və ya sabit ola bilər. Yeni başlayanlar daha yaxşı olar ki, çoxda böyük olmayan, sabit spredlə işləsinlər.

Həmçinin müxtəlif bazarlarda, müxtəlif şərtlərdə və müxtəlif alətlərlə ticarət aparmaq imkanına malik brokerlərə üstünlük verin, onların sizə təqdim etdiyi alətlərin zənginliyinə diqqət yetirin. Diskret lotlarla ticarət etmək imkanı, ticarət hesabına faizlərin əlavə olunması, mütəmadi olaraq bazarın analitik araşdırması, gün ərzində, 24 saat boyu informasiya (xəbər) və texniki dəstək müsbət cəhətlər sırasında qeyd oluna bilər.

Konkret brokeri seçərkən onun reputasiyasını və etibarlığını nəzərə almağa çalışın. Dövlət nəzarətinin olmadığı üçün broker fəaliyyətində fırıldaqçılarla üzləşmək riski mövcuddur, ona görə də insanların rəylərinə, ümumi məlum faktlara və müstəqil reytinqlərə arxalanmaq lazım gəlir. Uzunmüddətli fəaliyyət tarixinə, lisenziyaya, yaxşı təşkil olunmuş risk-menecmentinə, müştərilər qarşısında məsuliyyət sığortası sisteminə və şəffaf müqavilə münasibətləri praktikasına malik olan borekerləri etibarlı hesab etmək olar.

Son xəbərlər
Digər xəbərlər