Foreks birjası. Bu nədir?

Hazırkı real vəziyyət onu göstərir ki, insanın maliyyə statusu ciddi şəkildə onun təşəbbüskarlığı və fəallığından asılıdır. Müxtəlif alternativ imkanlardan istifadə edərək öz kapitalını genişləndirən insanlar uğur əldə edir. Əgər 10 il əvvəl ümumdünya şəbəkəsində pul qazanmaq imkanları haqqında çox az adam məlumatlı idisə, amma indi İnternetdə qazanmaq imkanı – hər gün sayı getdikcə daha da artan insan kütləsi üçün gündəlik reallığa çevrilib.

Internetdə qazanamağın ən geniş yayılmış üsulunun Foreks olduğunu desək yanılmarıq. Forex-də öz istedad və biliklərinizi istifadə edərək maliyyə rifahınızı yaxşılaşdıra bilərsiniz.

Forex bazarı – 1971-ci ildə yaradılmış qlobal beynəlxalq birlikdir. Həmin vaxtlarda beynəlxalq ticarət məkanında böyük dəyişiklik baş verdi – fiksə edilmiş (sabit) valyuta məzənnəsindən üzən məzənnəyə keçid həyata keçirildi. Bu dəyişikliyin mahiyyəti – demək olar ki, hər dəqiqə yenilənən valyuta məzənnələri ilə oyun məkanı olan Forex mexanizminin nüvəsini təşkil etdi.

Xarici valyutaların alqı-satqısı yolu ilə Forex-də pul qazanmağı hər kəs olmasa da, çoxları bacarır – sutka ərzində bazarın dövriyyəsi təxminən 4 trln ABŞ dollarına bərabərdir. Forex düşünməyi, dərk edərək öyrənməyi tələb edən işdir. Forex-də qazanmaq üçün xüsusi ədəbiyyat oxumaq lazımdır, bütöv bir sahəyə aid terminləri öyrənmək və yaxşıca təcrübədən keçirmək vacibdir.

Həqiqətdə isə, Forex birjasında qazanmaq mexanizmi aşağıdakı əməliyyatlara əməl etdikdə işləyir:

1) hesabın açılması

2) valyuta məzənnələrində baş verən dəyişiklikləri izləmək

3) valyuta alışı (pozisiyanın açılması)

4) yenidən bazarda vəziyyətin təhlili

5) valyuta satışı (pozisiyanın bağlanması)

Elə görünə bilər ki, mexanizm sadədir və bununla əlaqədar olaraq, Forex haqqında bir sıra kütləvi yanılmalar baş verdi ki, onlardan ən əsası “Forex bazarında qazanmaq asandır” fikri idi. Əslində isə, heç bir treyder çətinlikdən boyun qaçıra bilməz. Hətta o, bu məşğuliyyət üçün daxili sakitlik kimi bir çox dəyərli keyfiyyətlərə sahib olsa belə, Forex bazarına uyğunlaşmaq göründüyü kimi asan deyil.

Bir tərəfdən siz “n” qədər pul qazana bilərsiniz, digər bir tərəfdən isə bu təsadüf də ola bilər, belə ki, valyutaların məzənnələri son dərəcədə dəyişkəndir, ilk baxışdan oxşar olan vəziyyətlər müxtəlif sonluqla nəticələnə bilər. Faktiki olaraq, dünyada baş vermiş istənilən hadisə, xüsusilə də şirkətlərin iri məbləğli alqı-satqısına təsir göstərən proseslər Forex bazarının cari vəziyyətində öz əksini tapır.

Sonda onu qeyd edək ki, hətta aşağı dəyişkənlik səviyyəsində belə Forex bazarında, ehtiyatında statistik müşahidələri olan və valyutaların məzənnəsinin hərəkəti ilə bağlı oyunlarda real cəhdlər edən treyderlər qazana bilər.

Dəyişiklik dinamikasının “ask, bid və spread” kimi bir sıra nüansları ilə tanışlıq sizə nəinki uğur gətirəcək və siz Forex birjasında böyük məbləğlər qazanacaqsınız, hətta öz uğurunuzu daimi hala çevirəcəksiniz.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.