7 C
Baku
Sunday, December 15, 2024

Foreks modelləri və ehtimalları (giriş)

Hazırladı: Müstəqil treyder Əfşar Əsgərov

Ed Ponsi: FXEducator.com saytının təsisçisi

Əgər nə vaxtsa öz ölkənizdən kənara səyahət etmisinizsə, deməli bəxtiniz gətirib, siz artıq ən azı bir dəfə valyuta mübadiləsini yerinə yetirmisiniz. Bir çox hallarda səyahətçilər öz ölkəsinin valyutasını səfər etdiyi ölkənin valyutasına dəyişməli olurlar. Zəhmət olmasa diqqət edin ki, bu mübadilədə iki valyuta iştirak etməsinə rəğmən bir valyuta kursu vardır:

 Misal üçün, səyahətçi ABŞ-dan Kanada sərhəddinə daxil olur, O indi Kanada dolları üçün ABŞ dollarını dəyişməlidir və ya mübadilə etməlidir.

Kanada və ABŞ dolları

2002-ci ildə ABŞ dolları/ Kanada dolları cütlüyü C$1.60 ətrafında idi. Bunun mənası odur ki, həmin vaxt ərəfəsində bir ABŞ dolları 1.60 Kanada dollarına bərabər idi. Əgər biz qiymət səviyyəsini dəqiqliklə bilmək istəyiriksə onda kursun vergüldən sonrakı digər rəqəmlərinə baxmaq lazımdı (burada 1.6000).

Növbəti illərdə valyuta kursu dramatik şəkildə dəyişdi və 2006-cı ildə valyuta kursu 1.10-a qədər düşdü. Bunun mənası odur ki, 2006-cı ildə ABŞ-dan Kanadaya gedən səyahətçi hər bir ABŞ dolları əvəzində 1.10 Kanada dolları alacaqdır. Əgər biz bu valyuta kursunda kiçik qiymət dəyişikliyini də ölçmək istəyiriksə növbəti onluq səviyyələrinə baxırıq (burada 1.1000). Biz əminliklə deyə bilərik ki, iyirmi birinci əsrin başlanğıcı ərəfəsində ABŞ dolları Kanada dolları qarşısında əhəmiyyətli dərəcədə dəyərini itirmişdir (Fiqur 1.1 ).

efsar1

Fiqur 1.1 abş/kanada dolları valyuta məzənnəsinin 2002-dən 2006-cı ilə qədər düşüşü.

Bu səyahətçimizə necə təsir edir? ABŞ dolları/Kanada dolları valyuta kursu düşürsə, ABŞ dolları Kanadada daha az əmtəə və xidmətlər ala bilir.
Bütün bu dəyişiklik Kanada dollarını ABŞ dolları qarşısında gücünü artırdı.

Nəticə olaraq qeyd edək ki, Kanada dolları ABŞ dollarının tarazlığına yaxınlaşdı.

Bu Birləşmiş Ştatlardan gələnlərə mənfi təsir göstərərkən, Kanada səyahətçiləri ABŞ-ın əmtəə və xidmətlərini nisbətən ucuz tapdıqları üçün məmnundurlar. ABŞ dolları zəiflədiyi üçün Kanada dollarının alıcılıq qabiliyyəti artmışdır. ABŞ vətəndaşları indi daha az Kanadaya səfər edəcəklər. Əgər Onlar səfər etsələr əvvəlkinə nisbətən daha az xərcləyəcəklər ( o vaxt ki, valyuta kursu daha əlverişli idi). Kanada səyahətçiləri buna baxmayaraq ABŞ-a səfər etməyə daha məmnundurlar, çünki Kanada valyutası əvvəlkinə nisbətən daha çox ABŞ əmtəə və xidmətlərini ala bilir.

AVRO və ABŞ dolları

Avronun yüksəlməsi oxşar situasiya yaratdı. Avronun 2002, 2003 və 2004-cü illərdə ABŞ dolları qarşısında dəyəri dramatik şəkildə artdı. Həmin müddət ərzində avronun dəyəri $0.85 sentdən $1.35 üzərinə qədər yüksəldi (Fiqur 1.2 ).

efsar3

Fiqur 1.2 avro/abş dolları valyuta kursunun 2002-ci ildən 2005-ci ilə qədər yüksəlişi.

Valyuta kursunun bu dəyişikliyi səbəbi ilə, ABŞ vətəndaşlarının Avropadakı tətillərinin daha çox baha-başa gəlməsi rəğmən, Avropadan Amerikaya səfər edən şəxslərin valyutasının alıcılıq qabiliyyəti təsirli dərəcədə artdı. Bu Avropadan Amerika Birləşmiş Ştatlarına səfər edən alıcıların böyük axını ilə nəticələndi, xüsusi ilə Milad bayramı mövsümü ərəfəsində. Bir Avropalı treyder mənə izah etdi ki, onun Nyu-Yorka uçması, oteldə qalması, alış-veriş etməsi, geri dönməsi daha ucuz başa gəlir, nəinki öz ölkəsində qalması.

Yuxarıda izah edilən böyük qiymət hərəkətlərindən başqa, valyuta kursunda hətta kiçik hərəkətlər belə böyük gəlirlər və itkilərlə nəticələnə bilər. Belə olmasa idi Foreks treyderləri necə pul qazanardı?

Son xəbərlər
Digər xəbərlər