9 C
Baku
Thursday, December 12, 2024

Foreks qrafikləri: bazar haqqında məlumatlar qrafik təsvirdə

Alimlər sübut etmişlər ki, məlumatları qrafik şəkildə analiz etmək insan üçün daha rahatdır.

Treyderlər müxtəlif maliyyə alətlərinin, o cümlədən metal, valyuta, fyuçers, səhm və digər CFD əqdlərinin texniki analizi zamanı Foreks qrafiklərini tətbiq edirlər.
Foreks qrafikləri müəyyən zaman kəsiyi ərzində kotirovka davranışlarının yekun nəticəsini göstərir (bunu bazar kütləsinin hərəkətinin nəticəsi də adlandırmaq olar).

MetаTradеr 4 terminalında üç növ qrafik formasına rast gəlmək olar.

•    Line Chart (xətti qrafiklər);
•    Candlestick (Yapon şamları);
•    Bar Charts (Pin Barlar)

qrafikBunlar treyderlər arasında ən məşhur qrafik üsullardır. Onların hər birinin öz üstünlük və çatışmazlıqları vardır.
Gəlin onların hər birini ayrılıqda nəzərdən keçirək:

 1. Xətti (Line) qrafiklər

Bu qrafikdə maliyyə alətinin nəzərdən keçirilən dövr ərzində yalnız bağlanış qiyməti əks olunur.

Xətti qrafik MetaTrader 4dalga

MetaTrader 4 ticarət terminal qrafiklərin növbəti dövrlərini analiz etmək imkanı verir.

•     bir dəqiqəlik (M1)
•     beş dəqiqəlik (M5)
•     on beş dəqiqəlik (M15)
•     otuz dəqiqəlik (M30)
•     bir saatlıq (H1)
•     dörd saatlıq (H4)
•     gündəlik (D1)
•     həftəlik (W1)
•     aylıq (MN)

Əksər analitiklər hesab edir ki, bağlanış qiyməti ən vacibidir, ona görə də bu qrafikdə məhz bağlanış qiymətləri əks olunur. (Digər treyderlər isə bu fikirlə razı deyil, onlar bildirir ki, əksinə line qrafiklərdə vizual cəhətdən çox məlumat itirilir. Çünki line qrafik ancaq dövrün bağlanış qiymətini nəzərə alır. Əgər 5 dəqiqəlik dövrdə line qrafik çəksəniz, onda hər 5 dəqiqə üçün 5 bağlanış nöqtəsi xətt üzrə birləşdiriləcək.  Bu isə qiymət barəsində çox az şey deyir, çünki gördüklərimiz ancaq bağlanışlardır.

Tik (tick) qrafikini və digər qısamüddətli qrafiklərin qurulması zamanı da xətti qrafikdən istifadə olunur.

tickchart

1.    Tik (Tick) – mümkün olan ən qısa qiymət hərəkətidir. Ən qısa qiymət hərəkətlərini “line” qrafikləri ilə göstərmək olur ancaq. Bir nöqtəni başqa nöqtə ilə birləşdirirsən bu zaman xətt əmələ gəlir. Zamanın fərqi yoxdur burada. 1 saniyədə 5 tick ola bilər, növbəti saniyədə 7 tick ola bilər, sonra isə ola bilsin ki, ümumiyyətlə tick müşahidə olunmasın. Tick sadəcə A qiymətindən B qiymətinə keçid deməkdir. O, nöqtələri də istər-istəməz hansısa qrafik üzərində göstərmək istəyəndə  xətt çəkməli olursunuz, bu 2 nöqtəni birləşdirməyin ən əlverişli üsuludur.

2.    Digər tərəfdən informasiya sisteminin bizə kotirovkalar ilə bağlı verdiyi informasiya vahidləridir. Meta Trader platformasında kotirovkalar panelinde aşağı sağ tərəfdə “Tick chart” bölməsi var. Burada “bid” və “ask” qiymətindəki ən ani dəyişikliklər qrafik şəkildə əks olunur.

2. Barlar qrafiki nəyi göstərir:

Maksimal qiymət – High, H (Sütunun yuxarı nöqtəsi),
Minimal qiymət – Low, L (Sütunun aşağı qiyməti),
Açılış qiyməti – Open, O (Şaquli sütunun sol tərəfindəki cizgi)
Bağlanış qiyməti – Close, C (şaquli sütunun sağ tərəfindəki cizgi)
Bu qrafiki isə 5 dəqiqə və daha böyü dövrü əhatə edən zaman kəsiklərini qurmaq üçün tətbiq etmək tövsiyə olunur.

Barlar qrafiki MetaTrader 4pinbar

3. Yapon şamları

3. Yapon şamları  (Candlestick) pin  barlara analoji olaraq qurulur, bu zaman açılış və bağlanış qiymətləri arasındakı məsafə hansı qiymətin böyük olmasından asılı olaraq rənglənir: açılış ya bağlanış qiyməti. Bu qrafik qiymətləri əyani göstərməsi və quruluşunun sadəliyi sayəsində böyük populyarlıq qazanmışdır.

Yapon şamları qrafiki MetatTader 4candls
Son xəbərlər
Digər xəbərlər