Foreksdə investisiyalar zamanla daha da populyarlıq qazanır. İnvestorlar onun alətlərinə investisiya qoyuluşu ilə bağlı olaraq valyuta bazarını və onun risklərini yaxşı bilməlidirlər. Foreks bazarında ticarət valyutaların dəyəri ilə bağlı fərziyyələr əsasında yaranır.
Online Foreks bazarında iş zamanı bir faktı yadda saxlamaq lazımdır ki, valyuta bazarı haqqında məlumata sahib olmadan investisiya yatırmaq olmaz. Foreks bazarı çox sürətli fəaliyyətə sahibdir. Sayılı saniyələr ərzində qiymətlərin hərəkəti yüksəlib çox qazandıra bildiyi kimi, ani olaraq enib yatırılan məbləğin itirilməsinə də səbəb ola bilər.
Valyuta bazarına investisiya yatırmaq bazar şərtlərini daim nəzarətdə saxlamağı tələb edir. İnvestor ABŞ, Almaniya, Böyük Britaniya, Çin və Yaponiya kimi iqtisadi ölkələrin nəşr edilən hesabatlarını, makroiqtisadi məlumatlarını analiz etməlidir. Valyutaların hərəkətinə daha çox təsir edən iqtisadi informasiyalara ayrı-ayrı ölkələrin pərakəndə satış məlumatları, iqtisadi artımla bağlı məlumatlar, əmək haqqları, ölkədə faiz dərəcəsi ilə bağlı milli bankların qərarları daxildir.
Beynəlxalq valyuta bazarında investisiya ilə məşğul olan treyderlər bilirlər ki, pullar heç vaxt yatmır. Foreks bazarında ticarət investorlar üçün ona görə cəlbedicidir ki, burada geniş ticarət alətlərinin olması ilə yanaşı, bu bazarın iş saatı digər ənənəvi birjalardan fərqli olaraq daha uzun müddətlidir. Foreks valyuta bazarında ticarət həftənin 5 günü 24 saat ərzində aparılır. Bu investora öz kapitalını idarə etmək üçün fərdi strategiyasını yaratmaq və sonradan ehtiyac uaranarsa ona düzəliş etmək imkanı verir. Belə investisiya davranışı uzun müddətli perspektivdə yaxşı nəticələr əldə etməyi təmin edir.