Foreks dünyada ən böyük valyuta birjasıdır. Bir müddətdən sonra Bretton-Vuds sistemi ləğv edildikdən sonra valyuta məzənnələri sərbəst şəkildə hərəkət etməyə başladılar. Bu isə öz növbəsində valyuta bazarının yaranmasına səbəb olmuşdu. Böyük şirkətlər və fiziki şəxslər müxtəlif məzənnələr üzrə valyuta sataraq onlayn pul qazanırlar. Vaxtında tələbatın və təkliflərin artımını təyin etmək Foreksdə çalışmağın əsas öhdəlikləridir.
Bazar valyutanın azad şəkildə dövriyyə etməsi sayəsində çalışır. Xaricdən müdaxilələrin olmaması birjanı daha obyektiv və təhlükəsiz edir. Hökumət valyutaların məzənnələrinə və böyük sövdələşmələrin nəticəsinə təsir edə bilməz. Həmçinin böyük şəxsi kapital da valyutaların dövriyyəsini öz xeyrinə dəyişdirə bilməz. Foreksdə pulların günlük dövriyyəsi dörd trilyon dollar təşkil edir.
Bu məbləğ bütün dünyadan treyderlərin sayəsində yığılır. Çünki bazarda vəziyyəti süni şəkildə dəyişmək sadəcə olaraq mümkün deyil. Foreksdə bütün dünyadan oyunçular oynadıqları üçün sessiyaları yer kürəsinin müxtəlif regionlarına bağlı olan bir neçə hissəyə bölmək qərarı qəbul edilmişdi. Bugünkü gündə dörd sessiya mövcuddur: sakit okean, amerika, avropa və asiya sessiyaları.
Onlar bir-birinin ardıyca gedir və yaxud üst-üstə düşürlər. Hər bir sessiyanın fəallıq zirvəsinə çatmaq üçün onların dəqiq cədvəlini bilmək lazımdır. Hər bir sessiya müəyyən fərqli cəhətlərlə xarakterizə olunurlar. Bu cəhətlərə hazır olmaq üçün onları bilmək lazımdır. Məsələn, Asiya regionunda yen ilə valyutalar daha məşhur hesab edilir. Adətən yeni dollara və yaxud avroya çevirirlər.
Avropa regiounu valyuta əməliyyatlarının fəallığının səhər və axşama təsadüf etməsi ilə seçilir. Nahar vaxtı isə göstəricilər aşağı olur. Burada major valyutalar məşhurdur.
Foreksdə gəlirlərin həqiqi olması üçün nəinki bazarın fəaliyyətini öyrənmək lazımdır, həmçinin ticarətin müəyyən strategiyalarını da təşkil etmək lazımdır. Onlar valyuta məzənnələrinin iqtisadi qaydalar davranışına əsaslanır. Uğurlu strategiya təşkil etmək üçün bir sıra göstəricilərə nəzərə almaq lazımdır.
Əsas göstəricilər: valyuta cütü, müəyyən strategiyada ticarətin zaman intervalı, bazara daxil olmaq və çıxmaq qaydaları və s. Foreksdə startegiya seçimi treyderin ixtisasından və onun işinin üslubundan asılıdır. Foreksin bazarı və yaxud birjası öz biznes bacarıqlarını inkişaf etdirmək üçün unikal bir yerdir. Dünyada ən böyük valyuta birjası olaraq o, əhəmiyyətli dərəcədə bütün ölkələrinin iqtisadiyyatına təsir göstərir.