Müəllif: Əfşar Əsgərov
Beysbol oyununda öz komandasının qalıb gəlməsi üçün daha sürətlə qaçan oyunçular vardır ki , tez-tez onlara “sürətli iblislər” kimi müraciət edilir. Onlar öz bacarıqları ilə öz rəqiblərini qorxudurlar. Digər oyunçular özlərinin topa zərbə vurma qabiliyyətləri ilə tanınırlar. Onlara “güc hucumçuları” kimi istinad edilir. Bu oyunçular oyunun impulsunu dəyişə bilmək bacarığına sahibdirlər. Digər qrup oyunçular isə müdafiə ustalığı ilə məşhurdur. Bir çox oyunçular bu sahədə təcrübəlidir., ancaq həqiqətən bu 3 seçmə qrup güclüdür. Bu az rast gəlinən oyunçular beysbol oyunun əsas aspektini təşkil edir və onlar “üçqat təhlükəli” oyunçular kimi adlandırılır.
“Üçqat Təhlükəli” Treyder
Foreks dünyasında texniki analiz və ticarət strategiyalarını bilən ticarətçi gəlirli giriş və çıxış nöqtələrini müəyyən edə bilər. Fundamental analizi bilən treyder iqtisadi dəyişikliklər zamanı bazarlarda dönüş nöqtələrini qabaqcadan hiss edə bilirlər. Doğru şəkildə risk menecmenti başa düşən bir treyder isə hər hansı bir bazar mühitində itkilərə yol vermədən hesabını qoruya və müdafiə edə bilər. Bir treyder bu üç faktoru – texniki analiz, fundamental analiz və risk menecmentdə sahəsində ustadırsa o həqiqətən “üçqat təhlükəli” treyderdir.
Mənim səmimi arzum, sizə ən yaxşı treyder olmağa kömək etməkdir ki, çox güman onu bacaracaqsınız. Ticarətin bu üç vacib aspektini mənimsəyərək onu yerinə yetirə bilərsiniz. Birinci olaraq, bu bazarda müvəffəqiyyətli ticarət etmək üçün real texnikaları detallı olaraq öyrənməlisiniz. Bu kitabın məqsədi də elə məhz odur.
1. Cari bazar situasiyasını, müvafiq ticarət strategiyalarının tətbiqini və bazarda dəyişikliklərə adaptasiya olmağı öyrənin.
2. Daha sonra foreksin fundamental aspektləri haqqında hər şeyi mənimsəyin. Fundamental analizdən qorxmayın! Əsas prinsiplərin doğru başa düşülməsi tez-tez ən yaxşı (əla) teryderləri yaxşı treyderlərdən ayırır.
3. Üçüncü komponent risk menecmentidir, hansı ki o bütün müvəffəqiyyətli treyderlərin əsas özəlliklərindən biridir. Yaxşı risk menecmentə sahib olmanız, sizə narahat və çətin vaxtlarda kömək edəcək və dəyərli təcrübə qazanmanıza imkan verəcəkdir.
TƏCRÜBƏ QAZANMAQ
Təcrübəli sürücünün bədbəxt hadisə törətmək ehtimalı çoxdur, yoxsa sürücülüyə yeni başlayan naşı bir sürücünün?
Əlbəttə ki, cavab aydındır. Yeni sürücünün hadisə törətməsi gözlənilə bilər. Ancaq təcrübəli sürücü hadisə baş verməmişdən əvvəl problemləri qabaqcadan hiss edə bilir. Sürücülük və ticarətdə təcrübənin əvəzini heç nə verə bilməz.
Yaxşı ticarət təhsili ala bilərsiniz, ancaq o sizə təcrübə verməyəcəkdir. Xoşbəxtlikdən hər kəs foreks bazarında “demo” hesabı ilə pullarını riskə atmadan təcrübə qazana bilər. Bir çox marketmeykerlər bu hesablar ilə real-vaxt qrafiklərini , qiymət kotirovkalarını və yenilənən xəbərləri təklif edirlər. “Köhnə günlər”- də treyderlər təcrübə əldə etmək üçün real pul ilə ticarət etməli idilər. İşlədiyim ofislərin birində “ticarət simulyatoru” adlandırılan real hesab proqramının ilkin versiyasına sahib idim, ancaq o bugünkü demo proqramları ilə müqayisə edilən deyildi.
Demo ticarəti bu bazar ilə yaxından tanış olmaq məqsədi ilə potensial treyderlərə təqdim olunan ən yaxşı yollardan biridir. Real ticarətə keçməmişdən əvvəl hər bir treyderə demo hesabdan ən azı bir neçə ay istifadə etməsini şiddətli tövsiyə edirəm. Əgər real pul ilə artıq ticarət edirsinizsə və müəyyən bir çətinliklərlə qarşılaşırsınızsa, onda demo hesaba qayıtmaqdan qorxmayın.
Həmçinin “mini” hesablardan istifadə də mümkündür belə ki, foreksə təzə başlayanlar minimum risk ilə canlı ticarətə başlaya bilərlər. Bu hesablar bir neçə yüz dollarla açıla bilər. Mini hesabda irəli getməmişdən əvvəl an azı bir neçə ay demo hesabda müvəffəqiyyətlə ticarət edin. Müvəffəqiyyətli ticarət şansla eyni deyildir: əgər demoda gəlir əldə edirsəniz və bu gəlirlər həddindən artıq risklə əldə edilirsə bu, o deməkdir ki, siz hələ real hesaba keçməli deyilsiniz.
Müvəffəqiyyətli ticarət edərək və “rahat zona”-nıza daxil olaraq, lazımı qədər təcrübə qazanmışsınızsa, onda mini hesaba keçməyə cəhd edin. Əgər mini hesablarda böyük risklər almadan uğurlu ticarətlər aparırsanız, o zaman tam ölçülü hesablar açmağı düşünə bilərsiniz. Bu prosesdə tələsməyin: əgər hər hansı bir nöqtədə narahat olsanız, növbəti addıma keçməyin.
Tələsməyin: Siz hazır olduğunuz zamanda da bazar yenə də öz yerində olacaqdır. Xatırlayın ki, lazımı qədər təcrübə qazanmasanız “bədbəxt hadisə” törətmə ehtimalınız daha çox olacaq.
Ticarət etmək üçün hansı valyuta cütlüyü seçilməlidir?
Foreksdə ticarətə ilk dəfə başlayırsınızsa, sadəcə bir valyuta cütlüyü ilə başlamanız daha məsləhətlidir. Ən yaxşı yol – az spredli valyuta cütlükləri ilə ticarətə başlamaqdır. Məsələn EUR/USD cütlüyü ilə.
SPRED – valyuta məzənnəsinin alış qiyməti ilə satış qiyməti arasındakı fərqdir. Cütlüklərdəki geniş spredlər xüsusi ilə uzun müddətli ticarətdə işə yarayır. EUR/USD valyuta cütlüyü ilə başlayın ( əlbəttə ki, demo hesablarda ) və nə vaxt cütlüyün hərəkətləri yollarını tanımaqla özünüzü rahat hiss etdinizsə, onda ticarəti daha genişləndirərək GBP/USD cütlüyünə keçin. Bu cütlüyün EUR/USD ilə oxşar model olduğunu, ancaq daha çox volatik olduğunu kəşf edəcəksiniz. Bəzi treyderlər bu volatiklikdən zövq alarkən, digərləri ona davam gətirə bilmirlər.
Hər hansı iki ticarətçi tam olaraq oxşar deyildir, şəxsi ticarət üslubunuza uyğun olaraq cütlükləri seçməyə qərar vermək işi özünüzə qalmışdır.
Nə vaxt ki, yeni valyuta cütlükləri və ya ticarət texnikaları ilə ticarət etmək istəsəniz ilk növbədə onu demo hesabda test edin. Bu iki valyuta cütlüklərinin hərəkətlərinə alışdıqdan sonra USD/JPY və USD/CAD cütlüklərinə keçməyə cəhd edin. Görəcəksiniz ki, bu iki valyuta cütlükləri EUR/USD və GBP/USD – dən tamamilə fərqli tərzdədir. Yapon yeni özünün “hücumlarına” sahibdir və daha çox ehtimallı olaraq yuvarlaq rəqəmlərlə əsas dəstək/müqavimət zonaları arasında tapılır. Əgər USD/JPY cütlükləri ilə ticarətdən zövq alırsınızsa onda EUR/JPY –nə cəhd edin. Bu cütlük USD/JPY-ə bənzərdir, ancaq daha çox volatiklik ilə sürətli hərəkətlərə meyillidir.
Əmtəə Valyutaları
Sonra əgər USD/CAD cütlüyünə diqqət edirsinizsə demək ki, siz zövqlə ticarət edirsiniz. Bu mənim ən sevimli cütlüklərimdən biridir, çünki o inadcıl uzun müddətli trendə sahibdir.
Bu valyuta cütlüyü ilə neftin qiyməti arasındakı əlaqə güclüdür. Kanada dolları tez-tez enerjinin qiymətləri yüksəldiyi zaman dəyər qazanır və enerjinin qiymətləri düşdüyü zaman onun da dəyəri azalır. Valyutaların əmtəə qiymətləri ilə ( məsələn neft kimi) güclü əlaqələri vardırsa onları “əmtəə valyutaları” adlandırırlar (baxın Fiqur 5.1 ).
Fiqur 5.1 USD/CAD –nın 5 dəqiqəlik qrafiki
Bu gün daxili dönüş ABŞ-ın Energetika Nazirliyinin həftəlik əmlakı siyahıya alma məlumatın buraxılışına təsadüf etdi. Məlumat neftin qiymətində volatikliyi alovlandırdı, hansı ki bu özünü USD/CAD cütlüyündə əks etdirdi.
Fiqur 5.2 həftəlik qrafikdə CAD/JPY cütlüyünün rallisi və sonra 2005-2006-cı ildə neftin qiyməti ilə birlikdə konsolidasiya.
Əgər Neft qiymətləri ilə daha güclü əlaqədə olan valyutalarla ticarət etmək istəyirsinizsə onda CAD/JPY cütlüyünə keçə bilərsiniz. Kanada və Yaponiya neftin istehsalı və istehlakı məsələsində bir-biri ilə ziddiyyət təşkil edirlər və bu CAD/JPY valyuta kursunda özünü əks etdirir ( baxın Fiqur 5.2 ). Kanada neft istehsalı və ixracı ilə ixtisaslaşmışdır. Belə ki, Kanada dolları daha yüksək enerji qiymətlərindən gəlir əldə edir. Bu Yaponiya ilə şiddətli ziddiyyətdədir, çünki Yaponiyanın idxalın böyük bir hissəsini neft təşkil edir. Bu səbəbdən enerji qiymətlərinin artımı yapon yeninə sərt zərbə vurur.
Əmtəə ilə güclü əlaqədə olan digər cütlük AUD/USD –dir. Avstraliya dolları tez-tez qızılın qiymətləri ilə birlikdə qalxıb-düşür. Bu korrelyasiya (nisbət) valyuta treyderləri üçün olduqca dəyərlidir çünki qızlın qiyməti Avstraliya dollarına yol göstərir (baxın Fiqur 5.3).
Fiqur 5.3 2006-cı ilin payızında qızılın qiyməti ilə birlikdə AUS/USD cütlüyünün rallisi
ÖZÜNÜZƏ LİMİT QOYMAYIN
Əvvəl qeyd edildiyi kimi, yeni treyderlər bir valyuta cütlüyü ilə başlamalı və buradan genişlənməlidir. Bundan başqa bəzi treyderlər bazarın vəziyyətindən asılı olmayaraq bir valyuta cütlüyü ilə ticarət aparırlar.
Əgər bu sizin ticarət üslubunuz üçün keçərlidirsə, bu yaxşı haldır ancaq digər valyuta cütlükləri ilə də ticarət aparmaq yaxşıdır. Hər cütlük bəzən aydın istiqamətli və nisbətən asan ticarət edilə bilən, bəzən də daha çətin olmaqla müəyyən mərhələlərdən keçir. Bir valyuta ilə ticarət aparmaqla özünüzə limit qoymayın.
Bu şəkildə düşünün: təsəvvür edin ki, sizin qarajınız avtomobillərlə doludur və müəyyən vaxtlarda fərqli seçimlərlə maşın sürə bilərsiniz. Şosedə maşın sürmək istədiyiniz zaman Porsche və ya Ferrarini seçə bilərsiniz. Əgər şose olmayan yerlərdə maşın sürmək istəsəniz onda Jeep və ya Land Roveri seçə bilərsiniz. Sizin seçiminiz cari vəziyyətləri əks etdirərdi. Siz, çox güman ki, yağışda üstü açıla bilən bir maşın sürməzdiniz.
Bir nəfəri düşünün ki, o hər gün vəziyyətlərdən asılı olmayaraq eyni nəqliyyat vasitəsini sürməkdədir. Bu şəxsin qarajının avtomobillərlə dolu olmasına rəğmən o yenə də eyni maşını sürür- fərqi yoxdur hava yağışlıdır, qarlıdır və yaxud da günəşlidir.
Fərqli valyuta cütlükləri də qarajdakı maşınlar kimidir. Əlbəttə siz birinci olaraq maşını sürməyi öyrənməlisiniz, bunun üçün eyni maşını hər vaxt sürərək öyrənə bilərsiniz. Bir dəfə sürməyi öyrəndiyinizdən sonra vəziyyətlə əlaqədar olaraq fərqli nəqliyyat vasitəsini seçərək seçiminizi dəyişdirə bilərsiniz.
Ticarət də eyni yoldur: Biz vəziyyətə ən uyğun gələn nəqliyyat vasitəsini istifadə etmək istəyərdik. Əgər bir valyuta cütlüyü inadcıl trendi göstərirsə, onda ticarət etmək nisbətən asandır. Əgər ikinci bir cütlükdə bazarın vəziyyəti nəzərə alınmadan ticarət aparılacaqsa, o zaman müəyyən çətinliklərin yaranması qaçılmazdır.
Nəticə olaraq, cütlük dayanan trenddədirsə onda biz ya taktikamızı dəyişməliyik, ya da fərqli valyuta cütlüyündən istifadə etməliyik. Qısaca olaraq, cütlük bizə ən yaxşı imkanları təqdim etdiyi zamanlarda ticarət etməliyik.