Foreks bazarının iştirakçısı – professional treyder – olmaq üçün müəyyən mərhələləri keçmək lazımdır. Mərhələləri keçmək prosesində treyder olmaq istəyənlər Foreks bazarında çalışmaq üçün bacarıqlar, biliklər, qabiliyətlər əldə edirlər.
İnsta Foreksin ticari əlaqələrinin minimal yatırım məhdudiyyəti olmadığı üçün siz fəaliyyətə istənilən məbləğdən başlaya bilərsiniz. Bununla yanaşı, minimal risklərin ehtimalını da nəzərə almalısınız. Özünüzə əminliyiniz tədricən artdıqda isə siz ticari əməliyyatların həcmlərini çoxalda bilərsinz. Beləliklə risklərin və daha çox gəlir əldə etmək ehtimalını da artırmış olacaqsınız.
Foreks bazarında 3 sadə addım:
Birinci mərhələ. DEMO- hesabı öyrənmək.
İstənilən şəxs DEMO – hesab aça və ticari terminallarla işləməyi və treydinqin fənlərini limitsiz vaxta və tamamilə pulsuz şəkildə öyrənə bilər. Foreks bazarı haqqında təsəvvürünüz belə olmadığı halda siz bu hesabı açaraq ticarəti öyrənə bilərsiniz. DEMO – hesabda bütün sazişlərin virtual olmasına və Foreksə çıxarılmamasına baxmayaraq, siz real ticari Insta Foreks ticari hesabında bütün şərtlərin nüsxələrini alacaqsınız. DEMO- hesabda siz real Foreks bazarında edə biləcəyiniz kimi sazişlər edə bilərsiniz.
Sizin nə qədər sualınızın olmasına baxmayaraq siz DEMO- hesabda onlara cavab tapmağa cəhd edə bilərsiniz. Üstəlik siz heç nə ilə risk etməyəcəksiniz və istənilən sayda hesab tamamilə pulsuz aça bilərsiniz. Sizin xidmətinizə 24 saat fəaliyyət göstərən ICQ üzrə dəstək xidməti, çat, telefon və yaxud e-mail xidmətləri təqdim olunacaq.
İkinci mərhələ. Həqiqi hesabda ticarət.
Terminal ilə əməliyyatlarda təcrübə qazanaraq və ticarətin əsas fənlərini öyrənərək siz həqiqi ticarət hesabında öz gücünüzü yoxlaya bilərsiniz. Sazişin minimal həcminə məhdudiyyətlərin olmamasının sayəsində siz «risk=gəlir» prinsipi ilə ticarət edə bilərsiniz. Bununla yanaşı investisiyalarınızın həcmini siz özünüz təyin edirsiniz.
Real hesabla çalışaraq siz hər bir treyderin maliyyə bazarında hiss etdiklərini hiss edirsiniz: sizin gəliriniz və məzənnə dövriyyəsi arasında əlaqəni. Bu təcrübə sizin professional treyder olmağınız üçün növbəti mərhələyə keçməyinizə yardım göstərəcək.
Üçüncü mərhələ. Professional iş.
Fəaliyyət göstərmək üçün bütün bacarıqları əldə etdikdən sonra treyder valyuta bazarında valyuta məzənnələrinin dövriyyəsindən gəlir əldə etmək üçün özünün və başqalarının ticari strategiyalarını müstəqil şəkildə istifadə edir. Professional treyder öz ticarətinin üslubunu təyin edir, öz fəaliyyətində istifadə edəcəyi ticari rəmzləri seçir və özü öz işinə nəzarət edir.