10 C
Baku
Sunday, December 22, 2024

Forex bazarında alış-verişə necə başlamaq olar

Birinci, öz imkanlarını dəyərləndirmək

Ilk öncə itirilməsi sizin maliyyə durumunuz üçün fəlakət ilə nəticələnməyəcək pul məbləğini müəyyən etmək lazımdır. Forex bazarına investisiya qoymaq marjinal satış növünə aid edilir və peşəkarlar bunu həmdə başdan-sovdu satış da adlandırır. Bu o deməkdir ki, belə yatırımlar həddindən artıq risklidirlər.

Ikincisi. Brokerin seçimi

Belə hesab olunur ki, Forex bazarı heç nə və heç kim tərəfindən idarə olunmur. Əslində isə bu heç də belə deyil. Bəli, həqiqətən də istənilən bir şirkət, istər Azərbaycanda olsun, istər də xaricdə, özünü klub, dilinq mərkəzi və ya buna oxşar başqa bir şey elan edə bilər.

Amma bu bazarın nəzarət olunan iştirakçıları da vardır – misal üçün banklar, axı onlar da bu növ xidmətlər təklif edir.
Bundan əlavə Forex-beynəlxalq bazardır, buna görə İnkişaf etmiş Avropa ölkəsində və ya ABŞ-da bu cür müvafiq qurumlara nəzarət edən etibarlı tərəfdaş tapmaq elə də çətin deyil.

Brokerlər ilə aydınlıq olsun deyə, yəni kimi seçmək lazım olduğunu bilmək üçün gərək özünüzdə bu sualların cavabını tapasınız:

– bazara daxil olmaq üçün xidmət təklif edən kompaniya və ya bankın hansı hüquqi əsaslarla ilə işlədiyini müəyyən etmək;

-bu təşkilatın fəaliyyətini nizamlayan hər hansı bir orqan varmı- bu təşkilat bazarda hansı müddətdir ki, fəaliyyət göstərir və Forex üzrə xidmətlər təklif edir.

Üçüncü. Kotirovka (qiymət təyin etmələrinin) və sifarişlərinin sistemi

Bizim dövrümüzdə istənilən dilinq mərkəzi, broker kompaniyası  və ya bank Forex-ə girişi internet vasitəsi ilə təqdim edir. Digər sual isə- həmin qurumların özlərinin sisteminin rahatlığıdır. Bir qayda olaraq, bir sıra bazar iştirakçıları treninq xarakterli, öyrənmək üçün nəzərdə tutulmuş hesab açmaq imkanı verir.

Dördüncü, hansı alətlərlə iş görülməsinin planlaşdırılmasını müəyyən etmək

Xəbərlərin və müvafiq mövzudakı analitikanın mənimsənilməsi. Hətta sərmayəçi öz alış-veriş fəaliyyətində yalnız texniki  analiz metodlardan yararlanacağına dair qərar vermiş olsa belə, bəzi fundamental xarakterli təzahürlər və dəyişikliklər valyuta üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Məsələn uçot dərəcələrinin dəyişməsi, mərkəzi bankların müdaxiləsi və s bu kimi nüanslar.

Beşinci: Fərdi investisiya strategiyasının hazırlanması

Onun tarixi məlumatlar üzərində sınaqdan keçirilməsi. Gələcəkdə də öz fəaliyyətinin dəyərləndirməsini həyata keçirmək üçün meyarların müəyyən edilməsi. Əgər belə bir strategiya hazırdırsa onda, real pul hesabı açaraq, bazara girişmək olar.

Bütün bunlarla yanaşı, yeni başlayan sərmayəçinin diqqət yetirməli olduğu daha bir amil, onun özünün fərdi nəzəri hazırlığıdır. Valyuta bazarı- məhz peşəkarlar üçün olan bir fəaliyyət sahəsidir. Belə ki bu bazarda sizin rəqibləriniz (kontur agentlər) qismində iqtisadiyyata dərindən bələd olan, fundamental və texniki analizi yüksək səviyyədə bilən mütəxəssislər çıxış edir. Forex-də pul qazanmaq üçün bu peşəkarlara layiqli rəqib olmaq, sözün əsl mənasında onların baş ağrısına çevrilmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər