10 C
Baku
Sunday, December 22, 2024

Forex-də düzgün uduzmaq qaydaları

Forex bazarında uğursuzluqla üzləşmək ticarət ticarət prosesinin ayrılmaz bir hissəsidir. Hətta demək olar ki, məğlubiyyət yoxdursa, gəlir də yoxdur. Uğursuzluq gətirmiş hər müqavilə uğura aparan yolda sadəcə bir pillədir. Çünki o uğurlu müqavilələrə gedən yolu açır. Məhz buna görə yaxşı risk menecment sisteminə sahib olmalı və həmçinin emosiyaları idarə edə bilmək lazımdır. 

Yeni başlayanlar düzgün emosional davranış sərgiləyə bilməsələr də, bazar professionalları bunun nə qədər vacib olduğunu bilir. Bundan başqa, itkinin həcmini və mütəmadiliyini azaltmaq üçün hər şeyi etmək lazımdır.

 Beləliklə, necə düzgün şəkildə uduzmaq lazımdır?

İlk növbədə, gözlənilməz itkilərin sayını azaltmağa cəhd etmək lazımdır. Bu əsasən ticarət planına uymayaraq zərərli müqavilələrin həyata keçirilməsidir və öz günahınıza görə baş verir. Yox əgər intizamlı şəkildə ticarət apara bilsəniz, öz ticarət strategiyanızla nəzərə alınmış itkilərlə üzləşəcəksiniz. Belə itkilər qorxulu deyil.

İkincisi, müqavilənin risk böyüklüyünü azaltmaqdır. Nə qədər soyuqqanlı və sakit olmağınıza baxmayaarq, həddindən artıq böyük risk əsəb sisteminə toxunur və emosional qərarlar verməyə səbəb olur. Özünüzü sakit hiss edənə qədər heç bir əmr verməyin.

Üçüncüsü, itkilərə düzgün reaksiya vermək lazımdır. Gec və ya tez uğursuz müqavilə baş tutur və bununla barışmaq asan olmur. Çünki insan uduzmağı çox da sevmir. Bu zaman itkilər özü ilə bərabər qorxu, qəzəb, təəssüf və s. kimi hisləri yarada bilər. Bütün bu emosional amilləri ticarətdən uzaqlaşdırmaq lazımdır. Üzləşdiyiniz itkiyə görə özünüzü günahlandırmaq əvəzinə, belə bir zamanda professional treyderin nə etməli olduğunu düşünün? Doğru suallar doğru cavablara aparar.

Dördüncüsü, ticarət zamanı ilk əvvələ tez qayıtmağı bacarmaq lazımdır. Buna görə də, əlinizin altında dəqiq və yoxlanılmış ticarət planınız olmalıdır. Hər bir uğursuz müqavilədən sonra öz vəziyyətinizi 10 ballıq şkala ilə qiymətləndirin. Daha sonra isə itkinin səbəblərini aydınlaşdırmağa çalışın.

Beçincisi isə, yadda saxlayın ki treydinqdə heç nə tam olaraq itirilə bilməz. Əgər siz arıdıcıl olaraq itki ilə üzləşmisinizsə bu o demək deyil ki, sizin bəxtiniz gətirməyəcək. Zaman keçəcək və hər şey düzələcək. Təcrübədən asılı olaraq gücünüzü toplamaq müddəti də azalacaq.

Son xəbərlər
Digər xəbərlər