Spread – (ingilis – fərq) eyni bir anda müəyyən edilmiş valyuta cütündə alış və satış qiymətləri arasındakı fərqdir. Spread-ı həmçinin Forex brokerinin treyder tərəfindən pozisiyaların açılmasının təyin edilməsi üçün komissiya hesab edilir. Belə ki, o Forex treyderinin xərclərinin böyük bir hissəsini təşkil edir. Spread nə qədər az olarsa, onu təklif edən brokerlə ticarət aparmaq bir o qədər sərfəlidir.
Forex bazarında spread-lar pullarla deyil, punktlarla ölçülür. Məsələn, əgər cari EUR/USD kotirovkası 1.31990/1.32010 kimi göstərilibsə, onda onun üzrə spread 0,0002 dollar, yaxud 2 punkt təşkil edir.
Başqa sözlə desək, Bid və Offer məzənnələri arasındakı fərq spread adlanır.