2 C
Baku
Saturday, December 14, 2024

Forex indikatorları (Foreks)

Valyuta kurslarında qazanmaq üçün böyük miqdarda informasiya kütləsini analiz etmək lazımdır, bu zaman ya bazar tərəddüdlərini ehtimal etmək, ya da onlara uyğunlaşmaq tələb olunur. Belə olduqda treyderin köməkçiləri qismində Foreksin texniki indikatorları çıxış edir. Onlar bazarda baş verən prosesləri başa düşməyə kömək edir , müəyyən zaman kəsiyi ərzində valyuta davranışı ilə bağlı effektiv və səlis proqnoz tərtib etməyə imkan yaradır. Forex (Foreks) indikatorları digər alətlərlə iş zamanı da olduqca faydalıdır, məsələn səhmlərlə bağlı sövdələrin və ya digər CFD kontraktlarının həyata keçirilməsi zamanı.

Bazar indikatorları treyderin müəyyən valyutanın alışı və ya satışı ilə bağlı qəbul etdiyi qərarının özünəməxsus özülü (təməli) rolunda çıxış edir. Texniki analizin əsaslarına əsasən məlumdur ki, bazar iki halda təqdim edilə bilər, ya trend şəkilində, ya da flet. Bu prinsipdən irəli gələrək Foreks indikatorları şərti olaraq, iki hissəyə ayrılırlar:

  • Birinci – elə trend indikatorlardır ki, enən və ya yüksələn istiqamətin mövcudluğuna işarə edirlər.
  • İkinci qisim isə ossilyatorlardır ki, onlar trendlər özünü aydın şəkildə büruzə vermədikdə, yüksək effektivlik dərəcəsinə malik olurlar.

Foreksdə həm obyektiv, həm də subyektiv göstəricilər fərqləndirilir. Sonuncular baza iştirakçılarının əhval-ruhiyyəsinin indikasiyası hesab olunur və psixoloji xarakter daşıyır. Bunlar ayı və buğa trendləridir.

Müasir ticarət platformaları, məsələn MetaTrader 4 və ya cTrader bazar indikatorları ilə işləmək üçün çox rahatdırlar. Bu terminallar xüsusi pəncərə ilə təchiz olunub ki, bu pəncərələr də şəxsi vertikal şkala əsasında qrafik qurmaq üçün nəzərdə tutulub. Bundan əlavə həm MetaTrader 4, həm də cTrader bilavasitə qiymət qrafikinin üzərində göstəricilər əlavə etmək imkanı verir.

Texniki Foreks indikatorlarının quraşdırılması zamanı növbəti parametrləri vermək olar:

  • Elementlərin rəngi
  • Xətlərin qalınlığı
  • Istifadə olunan simvolların ölçüsü

Texniki indikatorların bütün seçənəklərini dəyişmək olar.

Bundan ötrü qrafik üzərində mausun sağ düyməsını sıxıb, kontekst menyusunda «İndikatorların siyahısı» menyusunu seçmək lazımdır, daha sonra «İndikatorların siyahısı» pəncərəsində lazımı texniki indikatoru seçib, onun yanında «Xüsusiyyətlər» düyməsini sıxmaq gərəkdir.

Metatrader 4 kontekst menyusu

technical analyse 1

İndikatorların siyahısı

technical analyse 2

Konkret texniki indikatorun kontekst menyusu tələb olunan texniki indikatorun xətti, simvolu və ya histoqramması üzərində mausun sağ düyməsini sıxmaqla çağırılır.

İndikatoru yığışdırmaq üçün, qrafikin və ya indikatorun kontekst menyusunda “İndikatoru silmək” və ya “İndikator pəncərəsini silmək” əmrlərini yerinə yetirmək lazımdır. “İndikator pəncərəsini silmək” əmri nəticəsində texniki indikatorun pəncərəsi bağlanılır.

Texniki indikatorun kontekst menyusu

technical analyse 3

Son xəbərlər
Digər xəbərlər