13 C
Baku
Friday, November 22, 2024

Forex-lə varlanan insanlar

Forex-lə bağlı bir maraqlı fakt kommersant Corc Soros ilə bağlıdır. Ekspertlərin böyük bir əksəriyyəti əmindirlər ki, yaxşı nəticələr əldə etmək üçün uzun müddətli layihələrə sərmayə yatırmaq laızmdır. Lakin amerikalı milyarder Corc Soros heç vaxt bu strategiyaya əməl etməyib. Onun bağladığı müqavilələr üçün qısa zaman və spekulyativ fəaliyyət əsas xarakterik xüsusiyyət idi. Corc Soros Forex-də ticarətə 600 dollar məbləğ ilə gəlib. 10 ildən sonra isə o öz kapitalını 100 milyon dollara qədər yüksəltmişdir.

Forex-də əhəmiyyətli qazanc əldə etmiş digər bir amerikalı isə Warren Buffetdir. Lakin Corc Sorosdan fərqli olaraq o uzun müddətli investisiyalar strategiyasına əsaslanır. Buffet 7 yaşından etibarən Forex-də ticarət etməyə başlayıb. Onun sözlərinə görə o bir dəfə 38 dollara aldığı səhmi 40 dollara satmağa cəhd etmişdi. Onun cəmi 6 səhmi var idi və o bu müqavilədən 12 dollar gəlir əldə etmişdi. O bu müqavilədən qısa zaman keçdikdən sonra bu səhmlərin dəyərinin 200 dollar olduğunu öyrəndikdə çox təəssüflənmişdi.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.