10 C
Baku
Sunday, December 22, 2024

Forex strategiyaları və məsləhətçiləri –ticarətdə ciddi köməkçilər

Fəal insanlar üçün beynəlxalq valyuta bazarında ticarət –Forex, hal-hazırda bank əmanətlərinə və digər investisiya növlərinin real alternativdir. Bütün bunlar ona görə baş verir ki, Forex insanlara daha az miqdarda başlanğıc kapital ilə yatırım etməyə başlamağa imkan verir, bu bazar daha stabildir və iqtisadi böhranın təsirinə nisbətən daha az məruzdur, nəinki fond bazarı.

Bundan əlavə valyuta bazarında gəlirlərin sayı əsasən treyderin məharəti, onun  alış-veriş bacarığı və hardasa bəxt amilindən asılı olur, qanunvericilik və ya bazar iştirakçıları ilə heç cürə məhdudlanmır. Burada uğur qazanmaq, varlanmaq və maliyyə cəhətdən müstəqil olmaq, analitik və yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, dünya maliyyə sisteminin bir hissəsinə çevrilməyi öyrənmək və onu daxildən hiss etmək mümkündür.

Forex bazarında satış obyekti valyutaların mübadilə kurslarıdır. Satışlar bir qayda olaraq ABŞ dolları, avro, yapon yeni, İsveçrə frankı və Britaniya funt sterlinqi kimi valyutalar ilə aparılır. Valyutalar standart lotlar vasitəsi ilə alınıb-satılır. Gəlir isə valyutanın alış və satış anındakı qiymətləri arasındakı fərq ilə müəyyən olunur. Bazarın tendensiyası və hərəkət istiqamətini tutaraq Forex-də yaxşıca qazanmaq olar. Bu cəzbedici görünür. Amma çoxlarını itələyən isə riskin də böyük olmasıdır. Nə qədər bayağı səslənsə də, amma lazımı yanaşma, xüsusi hazırlıq, o cümlədən “video Forex” formatı ilə tanışlıq və iş təcrübəsi olmadan Forex bir ruletkaya, oyuna çevrilir və çətin ki, siz yaxın və ya uzaq müddətli perspektivdə onda qələbə qazana biləsiniz.

Xoşbəxtlikdən hazırda bir sıra yararlı alətlər və servislər hazırlanıb ki, bu da yeni başlayan treyderə gəlirli yatırım etməyə icazə verir. Sözsüz ki, ilk öncə təlim keçmək, Forex brokerini müəyyənləşdirmək, depozitsiz bonuslardan istifadə edərək, demo hesablarda və real hesablarda məşq etmək lazım gələcək. Amma bütün bunlar hələ başlanğıcdır. Bununla yanaşı əsl Forex bazarında ticarəti iki başlıca elementsiz –Forex strategiyaları və Forex məsləhətçiləri tərəfindən tərtib olunmuş xüsusi proqramlarsız təsəvvür etmək mümkün deyil. Bu alətlərin düzgün seçimi – bir tərəfdən yanaşdıqda uzun müddətli gələcək uğurun qarantıdır.

Forex strategiyası nə deməkdir?

Forex strategiyası –treyder tərəfindən uğurlu yatırım etməni təmin etmək məqsədi ilə hazırlanan alət və hərəkətlərin məcmusudur. Yatırım strategiyaları adətən aşağıdakı hissələrə bölünür. 1. Sadə (indikator olmayan) strategiyalar əsas etibarı ilə qrafiklərinin, kotirovkaların və hansısa xüsusi situasiyaların analizinə əsaslanır; 2. İndikator strategiyalar Forex-in standart qrafik indikatorlarının istifadəsinə əsaslanır; 3. Xüsusi strategiyalar konkret qiymətləndirmə modellərinə və indikatorlara əsaslanır.

Savadlı tərtib olunmuş Forex strategiyası mütləq özündə treyderin hərəkət cədvəlini, ticarət hesabının balansını və alış-verişin həyata keçiriləcəyi valyuta cütlüyünün seçimi haqqında qərarı, alış-veriş intervalını, bazara giriş və bazardan çıxış haqqında qaydalar toplusunu, istifadə olunan indikatorlar dəstini (əgər indikator strategiyası tətbiq olunursa), kapitalın idarə edilməsi metodlarını və digər parametrləri əhatə edir.

Forex strategiyası mütləq real alış-verişdə sınanmış olmalı və gəlirli iş baxımından çoxsaylı nümunələrə malik olmalıdır. Forex strategiyanın müstəqil şəkildə tərtib olunmasından ötrü adətən treyder çox uzun müddət vaxt sərf etməli olur, bu nəinki bir neçə ay, hətta illərlə çəkə bilər. Xoşbəxtlikdən indi tərtib olunmuş strategiyaların sayı çoxdur, onlardan birini təməl kimi istifadə edib, öz strategiyanızı onun üstündə qura bilər və ya sizin üçün münasib olan strategiyanı götürərək onu orijinalda olduğu kimi istifadə edə bilərsiniz.

Forex məsləhətçiləri

Mexaniki ticarət sistemi adətən Forex məsləhətçilərinin istifadəsini də nəzərdə tutur. Forex məsləhətçiləri – bu xüsusi proqramlardır ki, ticarət platformasına quraşdırılır. Onlar valyuta bazarlarında müəyyən əməliyyatların keçirilməsi ilə bağlı istifadə olunan strategiyaya müvafiq şəkildə proqramlaşdırılır. Bu zaman ticarət əməliyyatlarının həyata keçirilməsi tamamı ilə əl rejimindən avtomatik rejimə keçirilir. Forex məsləhətçilərinin üstünlüyü ondadır ki, bütün sövdələr proqram tərəfindən çox sürətlə, dərhal və dəqiqliklə, valyuta bazarında yaranmış situasiyadan asılı olaraq həyata keçirilir. Bundan əlavə bir qayda olaraq itkilər ilə nəticələn insan faktoru istisna edilir. Bu faktor həyəcan, yorğunluq və ya situasiyanın subyektiv təhlilinin nəticəsi, səhv qərarın qəbuluna aparıb çıxaran digər hisslər və emosiyalar ola bilər. Proqram isə öz işini həftənin beş günü, günü 24 saatı ərzində edir. Treyderin öhdəsinə isə proqramı seçmək, onu quraşdırmaq və Forex strategiyasına uyğun olaraq onu işini tənzimləmək düşür.

Son xəbərlər
Digər xəbərlər