BOKT “Forfinance” MMC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
31 dekabr 2025-ci il tarixinə şirkətin cəmi aktivləri 8.5 mln manat təşkil edib. Aktivlərin əsas hissəsini 7.9 mln manat həcmində müştərilərə verilmiş kreditlər formalaşdırıb.
Ötən il BOKT-un cəmi öhdəlikləri 7.12 mln manat, cəmi kapitalı 1.36 mln manat, nizamnamə kapitalı isə 1.4 mln manat təşkil edib.
Xatırladaq ki, BOKT “ForFinance” Məhdud Məsuliyyətli Cəmiyyəti 27 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasında qeydiyyata alınıb. BOKT Mərkəzi Bank tərəfindən BKT-50 nömrəli 18.06.2025 ci il tarixində verilmiş lisenziya əsasında fəaliyyət göstərir. 31 dekabr 2025-ci il tarixinə Cəmiyyətin 27 nəfər işçisi olmuşdur. BOKT-un səhmdarları 86% payla Sirac Əliyev və 14% payla Emil Xəlilovdur.






