“Formula 1” Avstraliya Qran-prisi ilə müqavilənin müddətini uzadıb.
Yeni sözləşmə 2035-ci ilədək nəzərdə tutulub.
Anlaşmaya əsasən, 2023-cü ildən yarış həftəsonunda “Formula 2” və “Formula 3” yarışları da keçiriləcək.
Qeyd edək ki, Avstraliya Qran-prisi 1996-cı ildən Melburnda təşkil olunur.