18 C
Baku
Thursday, May 23, 2024

Formula 1 ilə əlaqədər Bakı bulvarının bir hissəsi bağlanıb

2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədər Dənizkənarı Milli Parkın bir hissəsi artıq bağlanıb.

Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, Dənizkənarı Milli Parkın  “Azneft” dairəsindən Dəniz Vağzalına qədər olan əyləncə zonası üçün ayrılan hissəsi artıq bağlıdır.

Bu zonaya yalnız Formula 1-ə akkreditasiyası və ya bileti olan şəxslər daxil ola biləcək.

Qeyd edək ki, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin azarkeşləri Bakı yarışını canlı izləməklə yanaşı, üç gün davam edəcək mötəbər tədbir zamanı Dənizkənarı Milli Parkda təşkil olunacaq əyləncə proqramlarına qatıla biləcəklər.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər