8 C
Baku
Sunday, December 22, 2024

Formula 1 ilə bağlı Mərkəzi Bankın “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

13-15 sentyabr 2024-cü il tarixlərdə Bakı şəhərində keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 11-12 sentyabr tarixlərdə Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

“Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək.

Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

Son xəbərlər
Digər xəbərlər