19 C
Baku
Thursday, April 25, 2024

Formula 1-in keçirildiyi yollar nəqliyyatın tam hərəkəti üçün hazır vəziyyətə gətirilib

Formula 1 azarkeşlərinin və işçi heyətinin təhlükəsizliyinin təmin olunması məqsədilə quraşdırılmış 3500-dən çox beton blok artıq yığışdırılıb. Bu barədə Bakı Şəhər Halqasından məlumat verib.

Bununla, Formula 1 Azərbaycan Qran Prisinin keçirildiyi yollar nəqliyyatın tam hərəkəti üçün hazır vəziyyətə gətirilib.

“2022–ci il Formula 1 Azərbaycan Qran Prisi ərzində nəqliyyatın hərəkətindəki məhdudiyyətlə əlaqədar göstərdikləri anlayışa görə şəhər sakinlərinə və sürücülərə təşəkkürümüzü bildiririk. Onların rahatlığının təmin olunması və yollardakı gərginliyin minimuma çatdırılması istiqamətində növbəti illərdə də Bakı Şəhər Halqası tərəfindən zəruri addımlar atılacaqdır”. – deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Arif Rəhimov bildirib.

Xatırladaq ki, Bakı şəhərinin ev sahibliyi etdiyi 2022–ci il Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutub.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər